17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Dodo: "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm"

2014-cü ilin ilk rəsmi oyunu - “Sumqayıt”la qarşılaşma “Qəbələ”nin üzvü Luis Hilario üçün yubileylə əlamətdar oldu. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dodo ləqəbli braziliyalı Premyer Liqada 80-ci matçına çıxdı. Yubilyar bu göstəricidə daha öncə "Qəbələ”də top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev - 90, Abdulkader Kamara - 83, Lyubo Baranin - 82.

Matç Dodo üçün həm də digər yeniliklə yadda qaldı. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra etdi. Bunadək Dodo yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. Matçın ardından gabalafc.az-la fikirlərini bölüşən braziliyalı uzun müddət "Qəbələ"nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib:

"Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam".

Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:

"Sumqayıt"la matçda meydançaya kapitan kimi çıxdım. Bu mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30