25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Biz bəzilərinə sübut etdik ki...”

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Simurq”u 3:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Hacıyev uduzmağa haqqlarının olmadığını bildirib: "Komanda çempionatın startı ərəfəsində səhvlər buraxır. Dünən bizim əsas rəqibimlərimizdən biri olan "Qarabağ" xal itirdi. Buna görə bizim  bu gün məğlub olmağa haqqımız yox idi. Birinci hissədə futbolçularım yüksək səviyyəli futbol göstərə bilmədilər və mən fasilədə əvəzləmələr etdim. Meydana çıxanlar üç qol vurdular. Ancaq biz hələ özümüzə tam gəlməmişik. Biz bəzilərinə sübut etdik ki, "Neftçi"yə transferlər gərək deyil. "Neftçi" benzin və yağa ehtiyacı olmayan hazır maşındır. İşə sal və sür, get. “Xəzər Lənkəran”ın Bakıda “Qarabağ” kimi güclü komandaya qalib gəlməsi bizi növbəti oyuna daha da toparlanmağa vadar edir. Mənim vaxtımda “Neftçi” həmişə qalib gəlib. Mustafa Dənizli türk dünyasının görkəmli məşqçilərindəndir, böyük qardaşımızdır. Meydanda kim güclüdürsə, o da qalib gələcək. Redniklə aramızda bir həssalıq var idi, onun “gəmi”sini batırdım. Heyətlə bağlı problemimiz yoxdur, zədəli futbolçuları əvəz edəcək oyunçularımız var. Meydanda can qoyan, dediklərimi edən futbolçu ilə dostam. Oynamayan isə cəzasını alacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30