20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran”: 15-ci dəfə “Qarabağ”la səfərdə

“Xəzər Lənkəran” 2014-cü ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının XIX turunda keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, mövsümün ikinci yarısına Mustafa Dənizlinin yetirmələri "Qarabağ"a qarşı səfər oyunu ilə başlayacaq. Çempionatın lideri ilə qarşılaşma “ağ-yaşıllar”ın bu rəqiblə 29-cu dueli olacaq. Bakıda baş tutacaq matçadək Azərbaycan kubokunda 2 dəfə görüşən komandalar çempionat çərçivəsində 27-ci dəfə üz-üzə gələcək.

 İndiyədək keçirilən 28 qarşılaşmada “Qarabağ” daha çox qələbə qazanıb - 13 dəfə. “Xəzər Lənkəran” isə 11 dəfə rəqibindən üstün olub. Komandalardan hərəsi qələbələrindən birini ölkə kubokunda əldə edib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində isə “Xəzər Lənkəran” üstünlüyə malikdir. Kubokda hər komanda eyni sayda - 2 qol vursa da, çempionatda qazanılan böyükhesablı qələbələr sayəsində “ağ-yaşıllar” cəmi iki top öndədir - 31:29. Ümumilikdə “Xəzər Lənkəran”3 dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub edib və cəmi 1 dəfə belə ağır yenilgi alıb. Bu da son qarşılaşmaya təsadüf edib.

Son 3 qarşılaşmada uduzan “Xəzər Lənkəran” 15-ci dəfə “Qarabağ”la səfərdə görüşəcək. Rəqib meydanındakı 14 oyunda 3 qələbəsi olan Xəzər Lənkəran” 1 heç-heçə edib və 10 dəfə uduzub. “Qarabağ” öz meydanında top fərqində öndədir - 18:13.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30