21 Aprel 2026, Çərşənbə axşamı
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Ölkə futbolu

Kenan Piriç: “Qaydaları başa düşmək üçün gərək ChatGPT-dən soruşaq”

“Matça çox yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, son dəqiqədə bu cür hadisələr baş verdi. Mən bu qoldan sonra artıq qaydaları anlaya bilmirəm. Qaydaları başa düşmək üçün gərək ChatGPT-dən soruşaq. "Zirə"nin futbolçusu zərbə zamanı tam qarşımda dayanmışdı, topu görə bilmirdim”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin qapıçısı Kenan Piriç Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib.

O, hakimlərin “Neftçi”yə qarşı olduğunu vurğulayıb: “Yenə eyni vəziyyət yaşandı. Bu mövsüm Zirədə artıq ikinci dəfədir belə halla qarşılaşırıq. İlk oyunda da hesab 2:1 xeyrimizə olarkən 90+7-ci dəqiqədə qapımıza penalti verilmişdi. Bilmirəm nə deyim... Məyusam və görünür ki, hamı bizə qarşıdır. Amma bu, bizi daha da gücləndirəcək”.

“Bir epizodda möhtəşəm seyv etdiniz. Bunu karyeranızın ən yaxşı seyvi saymaq olar?” sualını bosniyalı qolkiper belə cavablandırıb: “Tam olaraq yox (gülür). Amma ilk üçlükdə saymaq olar”.

Piriç "Qarabağ"la oyundan öncə Breno Almeyda və baş məşqçi Yuri Vernidubun qırmızı vərəqə almasına belə münasibət bildirib: “Olan oldu artıq. Bizi qarşıda iki vacib oyun, iki derbi gözləyir. Ümid edirəm ki, hər şeyin öhdəsindən gəlmək üçün gücümüz var”.

31 yaşlı qolkiper “Qarabağ”la oyunda stadionun dolacağına inanır: “Biz uğurlu nəticələr qazanmayanda da azarkeşlərimiz yanımızda oldular. İndi isə birlikdə böyüyürük, komanda kimi, ailə kimi. Azarkeşlərin dəstəyinə ehtiyacımız var, onlar həqiqətən də 12-ci oyunçu kimidirlər. Bu cür dəstəyi görmək çox xoşdur. Düşünürəm ki, "Qarabağ"a qarşı oyunda stadion tam dolu olacaq, anşlaq yaşanacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30