20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Flavinyo: "Mövsümün ikinci yarısına hazırıq"

“Neftçi” PFK-nın futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi komandanın təlim-məşq toplanşı haqda fikirlərini bildirib: “Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik. Xüsusən də “Fənərbaxça” klubu ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir. Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmaylov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdir ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30