20 Aprel 2026, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi
“Neftçi” U-15 Liqasının çempionudur

Ölkə futbolu

Azər Bağırov: “Oyunçular daha peşakar olmalıdırlar”

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "İmişli"ni qəbul edən "Kəpəz" 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"İmişli"nin müdafiədə necə qapanmasını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin standart vəziyyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də bu görüşü unudub komandanı qələbəyə kökləmək lazımdır".

- Son vaxtar mətbuatda "Kəpəz"lə bağlı gəzən söz-sohbətlərin bugünkü məğlubiyyətdə rol oynadığını düşünürsünüzmü?

- Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səhvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdır. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır.

- Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında insident yaşandı...

- Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mən tərəfdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil.

- Oyundan sonra paltardəyişmə otağında səsiniz aqressiv eşidilirdi...

- Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə ki, canla-başla oynayıblar, bu matçda da elə olmalıydı. Ona görə biraz əsəbi idim.

- Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi "Kəpəz" liqada qalmaq üçün oynayacaq?

- Bu məsələyə biraz əks tərəfdən baxaq. İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30