12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”

Fernandu Santuşun istefaya göndərilməsindən sonra milli komandamız U-21-in baş məşqçisi Ayxan Abbasova tapşırıldı. Lakin nə həmin vaxt, nə də sonra assosiasiya mütəxəssisin müqavilə müddətini açıqladı. Bilinmədi ki, Ayxan Abbasov milli komandamızın müvəqqəti baş məşqçisidir, yoxsa komanda uzun müddətə ona tapşırılıb.

Mütəxəssis müsahibələrinin birində bu barədə suala cavabında qeyd edib ki, əsas yığmada U-21-dəki müqaviləsinə əsasən çalışır. Əgər həqiqətən də belədirsə, bu özü də normal hal deyil. Əsas yığmanın baş məşqçisi necə U-21-dəki sözləşməsinə əsasən çalışa bilər? Hər şey bir kənara, ən azından istənilən ölkədə əsas milli ilə gənclər yığmasının baş məşqçisinin müqavilə şərtləri, məvacibi və s. fərqli olur. Gəl ki, AFFA bu məsələdə anlaşılmaz mövqe nümayiş etdirərək bu günə qədər Ayxan Abbasovun müqaviləsini, sözləşmənin detallarını “sirr” olaraq saxlayır.

Nəhayət, bu gün Ayxan Abbasov özü bu “sirri” açdı. Belə ki, “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində sabah Azərbaycan - Syerra Leone oyunu öncəsi təşkil olunan mətbuat konfransında Futbolxeber.az saytının əməkdaşı Ayxan Abbasova bu barədə sual ünvanlayıb. Mütəxəssis cavabında bildirib ki, müqaviləsi ilin sonuna kimidir:

“Şamaxı” ilə müqaviləmiz yayda bitir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra bütün mövzuları müzakirə edəcəyik. İlin sonuna qədər müqaviləm var”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31