13 Avqust 2026, Cümə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Toral Bayramov: “Mən rəqibə heç nə etməmişdim”

“Oyun daha fərqli, daha maraqlı, daha bol qollu ola bilərdi. Lakin hava şəraiti ilə əlaqədar olaraq qazonun durumu yaxşı deyildi. İkinci hissədə ümumiyyətlə, bərbad vəziyyətdə idi. Buna baxmayaraq, böyük hesablı qələbə qazandıq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Azərbaycan millli komandasının üzvü Toral Bayramov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.

O, millimizin tarixi nəticə qazandığını vurğulayıb: "Bu, millinin tarixində ən böyük qələbədir. Buna qədər maksimum 5 qolla qalib gəlmişdik. Rekord oldu. Sevincliyik. Çalışacağıq oyunumuzu daha da yaxşılaşdıraq. Gələcəkdə bundan da uğurlu nəticələr əldə edək”.

25 yaşlı futbolçu rəqibin fərqləndiyi epizodda penalti olmadığını söyləyib: “Ümumilikdə həm ilk, həm ikinci hissədə yaxşı təsir bağışladıq. Rəqib fərqləndiyi epizodda, məncə, penalti yox idi. Çünki mən rəqibə heç nə etməmişdim. Əsas nəticədir. Allaha şükür ki, qələbə qazandıq”.

Bayramov millidə ab-havanın yaxşı olduğunu qeyd edib: “Syerre Leone ilə matçda da əlimizdən gələni edəcəyik. Bu il ilk təlim-məşq toplanışımızdır. Komandada atomosfer yaxşıdır. Hazırlaşırıq. Hamı həvəslidir. İnşallah, hər şey daha da yaxşı olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31