16 Sentyabr 2025, Çərşənbə axşamı
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Ölkə futbolu

"Kəpəz" və "Simurq"un keçmiş məşqçisi bıçaqlandı

"Simurq"un seleksioner məşqçisi Mehman Hacıyev bu gün Gəncədə bıçaqlanıb. 1974-cü il təvəllüdlü mütəxəssisə 4 bıçaq zərbəsi vurulub. Hazırda o, reanimasiyadadı. Hacıyevin bıçaqlanma səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Qeyd edək ki, Hacıyev əslən Gəncəlidi. O, xeyli müddət idi Zaqatala klubunda çalışsa da, bu ayın əvvəlində "Simurq"la yollarını ayırmışdı.
 
Xatırladaq ki, Mehman Hacıyev 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidi. O, futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölcə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.
 
Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb. 
 

Futbolinfo.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30