19 May 2026, Çərşənbə axşamı
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?

Ölkə futbolu

Ayxan Abbasov: “Klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır”

“Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Azarkeşlərimizə təşəkkür edirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc oyunçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, klub rəhbərlərinin yerli məşqçilərə dəstək olmamasından şikayətlənib: “Klubun inkişafı pillə-pillə artmalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxunu itirdik. Yeni futbolçular gəldi. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməyi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir”.

Abbasov “Sumqayıt”ın baş məşqçisi Saşa İliç aralarında heç bir problem olmadığını söyləyib:  “Daha əvvəl yaşadığımız hadisə unudulub. Oyundan sonra məni təbrik etdi. Aramızda bir problem yoxdur”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31