Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
"Üzrlü hesab edin, bir az gec gəldim. Rayonda riyaziyyat müəlliməm olub Gülnaz müəllimə, onu bəlkə də son dəfə 30 il bundan qabaq görmüşdüm. Sən demə, hər dəfə oyunlarımıza gəlib, izləyib. Oyundan sonra onunla görüşdüm. Matça gəldikdə, bir neçə fikir bildirəcəm. Stadionda xeyli sayda qadın azarkeşlər var idi. Onlara təşəkkür edirəm. Bu gün qadınların bayramıdır, onlara xoşbəxtlik, sağlam həyat arzulayıram. Yaxşı oyun alındı. Həm bolqollu matç keçdi, həm də yaxşı hücumlarımız alındı. Düşündüyümüz, məşqdə etdiklərimizi meydanda gördüm. Bu da çox önəmlidir. Mənə inam verdi ki, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Yorğunluq, gərginlik qalır deyə, bəzən alınmır. Amma bu gün xeyli yaxşı şeylər gördüm. Lakin narazı qaldığım epizodlar da oldu. Oyundan sonra da futbolçulara bəzi iradları bildirdim ki, onu yaxşılaşdırmalıyıq. İnanıram ki, bir neçə matçdan sonra hər şey qaydasına düşəcək. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. 3:0 geridə olsalar da, öz oyunlarından əl çəkmirdilər. Sadəcə bəlkə futbolçularımız keyfiyyəti hesabına epizodlardan istifadə etdilər. Futbolçularımı təbrik edirəm".
- "Araz-Naxçıvan"a son 3 matçda 16 qol vurmusunuz. Bu, rəqibin açıq futbola üstünlük verməyindən irəli gəlir?
- Biz tam bu oyuna köklənmişdik. "Araz-Naxçıvan" indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyun bizim idman formamızın yaxşı olduğu vaxta düşür. "Araz-Naxçıvan" bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər. Əvvəlki oyunlar haqda düşünməmişdim.
- Musa Qurbanlı çempionatda ardıcıl 3 oyunda 3 qol vurdu. Bu məqam sizi hücum xətti seçimi baxımından gələcək oyunlarda çətinliyə salacaq?
- Əlbəttə, bu, sevindirici haldır. Dünya futboluna baxsaq, sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Ələlxüsus da, rəqib müdafiədə sıx oynayırsa, belə oyunçular ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir. Hazırda ondan razıyam.
- Azərbaycan Kubokunun finalından sonra "Qarabağ"ın oyunlarına bütün hakimlər təyinat alıb. Bircə İnqilab Məmmədovdan başqa. Sizcə, De Blekerin və Rəhim Həsənovun İnqilab Məmmədovu sizin oyunlarınına göndərməməyi bir təsadüfdür?
- Finaldan sonra göndərilməyib? İnanın, vallah heç düşünməmişdim bu barədə. Ağlıma da gəlməyib. İnqilab Məmmədovu hardasa görmüşəm axı.
- Qapıçılar üzrə köməkçi məşqçiniz Hüseyn Seyidov iki ildir ki, komandada çalışır. Ondan sonra sanki qapıçılarda dəyişiklik hiss edilir. Demək olar ki, “Qarabağ” artıq qapıçı məşqçisi də yetişdirir?
- Bizim qapıçı məşqçisi Elxan Həsənovdur, hamımızın tanıdığı, hörmət etdiyi şəxs. Mən "Qarabağ"a gələndə ilk il Nizami Sadıqov qapıçı məşqçisi idi. Daha sonra o, "Turan"a baş məşqçi getdi. Ondan sonra elə indiyə qədər Elxan Həsənovla işləyirik. Komandamda qapıçıların baş məşqçisi Elxan bəydir, Hüseyn onun köməkçisidir. Özü də perspektivli gənc qapıçı məşqçisi axtarırdı ki, gələcək üçün hazırlasın, özünə də kömək etsin. Özünün də az yaşı yoxdur. Qapıçılarımızın da sayı çoxalır, hər məşqdə 4-5 qapıçı olur. Elxan müəllim özü Hüseyni yönləndirir. O, mənə dedi ki, "Qalatasaray"a, başqa yerə təcrübəyə göndərək ki, yavaş-yavaş tam hazır olsun. Hər ikisindən razıyam. Elxan müəllim cavabdehdir bu məsələyə. Hüseynə gəldikdə, qabiliyyətli və bacarıqlı uşaqdır. Daim da axtarışdadır. Bütün günü Elxan müəllimlə birlikdədirlər, müzakirə aparırlar, birlikdə işləyirlər.
- Artıq çempionatda 3-cü dövrəyə start verildi. Demək olar ki, "Qarabağ" üçün əsl çempionluq mübarizəsi elə bu turdan başlayır?
- Bəli, daha çox diqqət ayırırıq. Amma inanın ki, futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları, gözləntilər... Bəlkə də bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox da tələbi olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Əfsuslar olsun ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. "Sabah"ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq.
- "Sabah"la ölkə kubokunun yarımfinalında da rəqibsiniz. Bu matçlar Premyer Liqadakı rəqabətə təsir edəcək?
- Əlbəttə. Başqa-başqa turnirlərdir. Kubok başqa prestijdir. Həm bizim, həm də "Sabah" üçün, həm də avrokuboklar üçün yaxşı hazırlıq olacaq. Bundan sonra onlarla bu səviyyədə oyunların olması, hər iki tərəf üçün böyük faydası var.
- "Qarabağ" "Sabah"la matçlara qisas gözü ilə baxacaq?
- Yox, heç kimə qisas kimi baxmırıq. Belə fikrimiz yoxdur. İllərdir ki, "Sabah"la da, digər klublarla da oyunlarımızı oynayırıq. İl ərzində 3 və ya 5 oyun oynamaq lazımdırsa, oynayırıq.
- "Sabah"la görüşdə onların məşqçisinin qeyri-etik jestinə görə hansısa cərimə verilmədi. Dedilər ki, məsələyə sonradan yenidən baxılacaq. Qərar açıqlananda təəssüfləndiniz? Bu, sizə qəribə gəldi?
- Təəssüf hissi o oldu ki, olmamalı idi. Ümumiyyətlə, sonradan kart göstərilməsinin də tərəfdarı deyiləm. Belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir. Futbolun inkişafı, intriqanın artması, keyfiyyətli olması üçün belə qalmaqallar futbolçulara da daha çox məsuliyyət verir. Belə şeylərdə hansısa qırmızı vərəqənin və ya cəzanın verilməsinin tərəfdarı deyiləm. Meydandan kənarda olan qalmaqaldır, o da yerində həll edildi, bitdi. Epizodlar olur ki, yerində, o an hansısa qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı və ya pis oldu...Mənə elə gəlir ki, içəridən gələn kindən olan bir şey deyil. Sırf idman emosiyalarıdır, hamı udmaq istəyir. Bəzən bazada məşqçilər yığışıb 5-5-ə futbol oynayırıq, orada da o qədər intriqa, dava-dalaş olur ki. Ya dostlar arasında oynayanda, o qədər qışqır-bağır düşür, məni də bağışlayın, o qədər söyüşlər olur ki..(gülür). Oyun bitdi, hər şey qaydasındadır. Futbol emosiya oyunudur, belə hallar olmasın, amma olması da futbolumuzun daha da keyfiyyətli olmasına gətirib çıxarır.
- Martın 4-də AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsinin və liqada komanda sayının artırılması qərarının bir ili tamam oldu. Sizcə, Premyer Liqada komanda sayının artırılması qərarı özünü nə dərəcədə doğrultdu? İnfrastrukturla bağlı ciddi problemlər yaşanır..
- Komanda artımının həmişə tərəfdarı olmuşam. Həmişə də o problemlərin olacağını öncədən düşünmüşəm. Əlbəttə ki, böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Bəzən tanınmış məşqçilər, böyük klublar belə, 0:7 məğlubiyyətdən sonra daha da böyüməyə başlayırlar. Bəli, hazırda bir neçə komandanın yaxşı meydançası yoxdur. Bəli, hansısa dəyişiklik etmək olar, olardı. Amma inanmıram ki, gələn il hansısa komandanın stadionla bağlı yenə problemi olsun. İstər yeni gəlsin, istərsə də liqada qalanlardan olsun. Ən azından, builki minuslara görə, vacib olan tərəflərdən düzəldilən məsələlər olacaq. Sadəcə birdən-birə də hər şey olmur. Artım belə olur. Sabah hansısa yeni gələn komandanın yeni sponsoru, o rayonun oğlu çıxar deyər ki, komandanı böyüdəcəm, nəticələri yaxşılaşdıracam. Futbol belə sevilir də. Bir il bir komanda belə formalaşır, iki il sonra başqa komanda formalaşır. Hər bölgədə bir neçə komanda olur. Qüsurlar var. Amma gözlənilən qüsurlar artar. Get-gedə sayın artmasının həmişə tərəfdarıyam ki, bölgələrdə komandaların sayının çox olması, futbolun sevilməsi deməkdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
22:13
"Hapoel" - "Sabah": Heyətlər açıqlandı
-
21:31
“Qarabağ” - “Tvente” oyununun biletləri artıq satışdadır
-
21:08
“Şahdağ-Qusar”dan növbəti qələbə
-
20:44
Güləşçimiz dünya çempionu oldu
-
20:27
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
-
19:19
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
-
18:55
“Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la iki final gözləyir”
-
18:00
Qaşim Maqomedov Pakistanda bürünc medal qazanıb
-
17:32
Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər
-
16:46
“Fənərbaxça”nı “Koventri”yə dəyişdi
-
16:23
Füzuli Məmmədov: “Hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır”
-
15:51
“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirdi
-
15:18
Cırtdan və Göyçək Fatma Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları seçilib
-
14:34
“Qarabağ” Niderlanda yollandı FOTOLENT
-
13:47
Poqba “Monako”ya lazım olmadı
-
13:00
"Yuventus"dan qapıçı transferi
-
12:25
Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
12:09
Şahmat Federasiyasının baş katibi Aşqabadda "ustad dərsi" keçib
-
11:52
Qurban Qurbanov: “Bu, insanların bizə olan inamını, futbola olan sevgisini bir az aşağı salır”
-
11:36
“Neftçi”nin yeni transferi VİDEO
-
11:13
“Kəpəz”də növbəti narazılıq: Bu dəfə akademiyanın məşqçiləri ayağa qalxıb
-
10:41
Alman hücumçu sabiq klubuna qayıtdı
-
09:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:24
ÇSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
-
09:00
Çempionlar Liqası: “Sabah” pley-offda ilk oyununa çıxır
-
00:17
Valdas Dambrauskas: “Həmişə autsayder kimi görülmüşük”
-
23:04
Güləşçimiz dünya üçüncüsü oldu
-
22:13
Rodri rəsmən "Barselona"da
-
20:21
"Sumqayıt"dan ayrıldı, Polşa klubuna keçdi
-
19:30
“Kəpəz” I Liqa klubu ilə qarşılaşacaq
-
18:58
"Neftçi"də serbiyalı vinger
-
18:49
Seneqal millisi ona tapşırıldı
-
18:15
3 güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
17:52
"Sabah"ın rəqibində iki ayrılıq yaşandı
-
17:27
PSV-nin yarımmüdafiəçisi “Borussiya”da
-
17:06
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
-
16:33
“Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
16:14
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər açıqlanıb
-
15:51
"Neftçi"də yeni müqavilə
-
15:28
"Səbail"dən növbəti transfer
-
15:00
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
-
14:49
Atletika Federasiyasında məşqçilik kursları keçiriləcək
-
14:15
İlk turda ən çox azarkeş hansı oyuna gəlib?
-
13:52
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
13:36
Tupta: “Bizə bir az da vaxt lazımdır”
-
13:07
Avarçəkənlərimiz dünya çempionatında mübarizə aparacaqlar
-
12:43
Azərbaycandan Boliviya klubuna getdi
-
12:20
Yankoviç: “Tvente”yə qalib gələcəyimizə inanmasaydıq, heç səfərə getməzdik”
-
11:54
Boksçumuz Avropa çempionatının yarımfinalında
-
10:31
“Barselona”nı “Ayaks”a dəyişdi
19.08.2026
18.08.2026
























