22 May 2026, Cümə
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
"Neftçi" ölkə kubokunun qalibi oldu
İnfantino "Sabah"ı təbrik edib
XXXIII turun hakim təyinatları

Ölkə futbolu

Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”

“Ümumilikdə, oyundan razıyam. Biz növbəti mərhələyə adladıq”.

Futbolxeber.az saytına eksklüziv açıqlamasında bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis qarşıda onları çətin oyun gözlədiyini bildirib: “İndi ən əsas bərpa və qarşıdakı oyuna hazır olmaqdır. Çünki bizi “Neftçi” ilə vacib qarşılaşma gözləyir. “Kəpəz”lə görüşü süni qazonda keçirdik. Bu da futbolçulardan çox güc aldı. “Neftçi” ilə matç çox çətin keçəcək”.

O qeyd edib ki, yarımfinalda "Zirə”yə qarşı keçiriləcək matçlar barədə danışmaq tezdir: “Yarımfinala hələ vaxt var. Şanslar barədə indidən nəsə demək çətindir. Qismət”.

“Düşünmürsünüz ki, “Turan Tovuz” üçün avrokuboklara yollanmaq kubokdan daha asan olar?” sualını Berdıyev belə cavablandırıb: “Xeyr, belə düşünmürəm. Ümumiyyətlə, biz turnirləri bölmürük. Komanda olaraq hər matça hazırlaşırıq”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31