19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Rövnəq Abdullayev Yozef Blatterlə görüşdü

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, Bakıda inşası davam edən, 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb. Yozef Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək AFFA-nı “Qadın və İdman” diplomu ilə təltif etməsi münasibətilə AFFA-nı təbrik edib, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30