20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Berti Foqts bir neçə gənc futbolçumuzu bəyənib”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Türkiyənin Antalya bölgəsində olan Azərbaycan klubları və hakimlərinin təlim-məşq toplantısını dəyərləndirib. Lent.az-ın qardaş ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Musayev komandaların hazırlığını yanvarın ortalarından izləmədiyini və gördüklərindən razı qaldığını bildirib.
 
“Topaz Premyer Liqasındakı 10 komandadan 7-si burada təlim-məşq toplantısındadır. Ötən toplantılarla müqayisədə builki təlimlər daha yüksək səviyyədə keçir. Komandalar hazırlığa daha ciddi yanaşırlar. Baxdığım oyunlara əsasən, deyə bilərəm ki, komandaların fiziki durumu yüksək səviyyədədir” deyən PFL rəhbəri fikirlərinə misal olaraq, 0:0 hesablı heç-heçə ilə nəticələnən “Neftçi” – “Fənərbağça” matçını göstərib.
 
Musayevin fikrincə, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun toplanışı izləməsi də komandalarımızın hazırlığına müsbət təsir göstərib: “Foqtsun özü də bir neçə gənc futbolçumuzun hazırlıq səviyyəsini bəyənib”.
 
Yeni formatla da bağlı danışan Musayev hələ Premyer Liqada 18 turun qaldığını və hansı komandanın çempion olacağını birmənalı söyləməyin qeyri-mümkünlüyünü vurğulayıb. Konkret komandalarımıza gəldikdə, PFL prezidenti “Qəbələ”nin liderlər qrupuna düşməyini təbii qarşılayıb. Musayevin fikrincə, rəhbərliyin yaratdığı şərait bu klubun liderlər qrupuna düşməsinə şərait yaradır: “Amma yenə də boşluqlar qalır”.
 
PFL prezidenti “Xəzər Lənkəran”ın oyununda irəliləyişlərin olduğunu da diqqətə çatdırıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30