Ölkə futbolu
Qurban Qurbanov: “Sabahkı oyunda futbolçularıma inanıram”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis komandasını maraqlı və çətin bir qarşılaşmanın gözlədiyini bildirib. O, əsas mərhələnin son oyununda möhtəşəm atmosferdə çıxış edəcəklərini vurğulayaraq rəqibin gücünə baxmayaraq futbolçularına olan inamını ifadə edib:
"Əsas mərhələnin həlledici matçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. "Liverpul"un hər bir üzvü hər zaman qələbəyə acdır və sahəyə yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".
O, son günlərdə şanslar barədə çox danışıldığını, lakin komandanın diqqətini tamamilə qarşıdakı matça yönəltdiyini bildirib:
"Son vaxtlar şanslardan çox danışılır. Amma biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, kənar fikirləri atmalıyıq. Hər zaman belə rəqibə qarşı, belə azarkeş önündə oynamaq və böyük futbolun dadını görmək mümkün olmur. İnanıram ki, heç bir futbolçunun fikri başqa yerdə olmayacaq. Hamının diqqəti sırf bu oyunda olacaq ki, özünü yaxşı tərəfdən göstərsin, intizamlı oynasın və yaxşı mübarizə aparsın".
Mütəxəssis komandanın indiyə qədərki sınaqlardan üzüağ çıxdığını, lakin sabah daha yaxşı nəticə qazanmaq üçün tarixi bir şanslarının olduğunu vurğulayıb:
"Sınaqlarımız çox olub və indiyə qədər bunlardan pis çıxmamışıq. Amma sabah daha yaxşı nəticə əldə etmək şansımız var. Əgər belə böyük oyunlarda indiyə qədərki nəticələrimizdən daha yaxşısını əldə etmək imkanımız varsa, əlbəttə ki, bu, bizdən həm sınaq, həm imtahan, həm də böyük məsuliyyət tələb edir. Bu oyunların, bu imtahanların içində bəlkə də ən qorxulusu budur".
Baş məşqçi "Liverpul"un heyətində zədəli oyunçular olmasına baxmayaraq, klubun böyük təcrübəyə malik nəhəng klub olduğunu xatırladaraq onların avrokuboklarda tam fərqli performans sərgilədiklərini qeyd edib:
"Böyük tarixi və təcrübəsi olan belə klublarda problemlərin uzun sürəcəyini düşünmürəm. Əvvələ nəzər salsaq, onların Çempionlar Liqasında həddindən artıq yaxşı nəticələr qazandıqlarını görərik. Ola bilər ki, milli çempionatdakı nəticələri klubun adına və tələblərinə uyğun deyil, ürəkaçan görünmür. Lakin Çempionlar Liqasında demək olar ki, səhv etmirlər. Bu cür komandaların problemləri tez bir zamanda aradan qaldırmaq gücü var və biz buna qarşı çox diqqətli olmalıyıq".
Qurbanov bildirib ki, belə nəhəng arenalarda və güclü rəqiblərə qarşı oynamaq nəticədən asılı olmayaraq komandanın gələcək inkişafı üçün vacibdir:
"Bu cür cəsur komandaya qarşı və belə bir stadionda oynamaq bizə böyük təcrübə, gələcək işimiz üçün isə güvən verəcək. 15-16 il geriyə dönsək, görərik ki, hər böyük oyundan sonra həyəcan azalır, təcrübə çoxalır. Belə oyunların nəticəsi bizim üçün uğursuz olsa belə, gələcəyimiz üçün böyük təkan verir. Bu oyun ətrafında çox danışılır, diqqət daha da artıb. Bu bir daha göstərir ki, Azərbaycanda futbolu sevirlər. Bakıda "Liverpul" azarkeşi çoxdur. Hətta bura gələn elə azərbaycanlı azarkeşlərimiz var ki, mən özüm onlarla ünsiyyətdə olmuşam, 10-15 ildir bu kluba azarkeşlik edirlər. Düzdür, onlardan indi hansı komandanı dəstəklədiklərini soruşmadım, amma hər halda bu komanda Azərbaycanda sevilir. İnanıram ki, belə maraqlı oyunlarımız hələ çox olacaq".
Baş məşqçi rəqibin gücünə baxmayaraq "Qarabağ"ın öz oyun fəlsəfəsini nümayiş etdirməsinin vacibliyini qeyd edib. Qurbanov bildirib ki, bu, komandanın gələcək potensialını görmək üçün mütləq lazımdır:
“Ümumiyyətlə, "Liverpul"un çox maraqlı, cəlbedici heyəti, təcrübəli kapitanları və oyunçuları var. Məhəmməd Salah meydanın istənilən yerində təhlükə yarada bilən futbolçudur, özünəxas oyun üslubu var. Belə komandaya qarşı oynamaq xoşdur. Futbolçularımız rəqibin ustalığını nəzərə alaraq meydanın hər qarışında diqqətli olmalıdırlar. Ancaq mənə görə, biz bu cür komandalara qarşı öz düşüncəmizi, öz oyunumuzu göstərməyə çalışmalıyıq. Bu, 20 dəqiqə də ola bilər, 45 dəqiqə də. Amma istədiyimizi meydanda tətbiq etməliyik ki, gələcək üçün gücümüzü və potensialımızı bilək".
Qurban Qurbanov son olaraq Çempionlar Liqasında belə bir səviyyəyə çatmağın yalnız zəhmət sayəsində mümkün olduğunu dilə gətirib:
"16-17 ildir ki, bu komandanın qarşısında bir məqsəd var: birdən-birə böyük uğur əldə etmək yox, yavaş-yavaş, pillə-pillə irəliləyərək hədəflərimizi böyütmək. Rəhbərlik səviyyəsində hər kəs böyük məsuliyyət hiss edirdi. Çünki komandanın adı "Qarabağ"dır və bunun Azərbaycan üçün nə demək olduğu hər kəsə bəllidir. Rəhbərlikdən tutmuş istənilən işçiyə qədər hər kəs məsuliyyətlə çalışırdı, çox işgüzar kollektivimiz var idi. Mən özüm də illərlə futbolçu olduğum və çətinliklərdən keçdiyim üçün bu proses mənim üçün nisbətən asan oldu. Biz öz qarşımıza tələblər qoyaraq bu uğurları ancaq zəhmət hesabına əldə etmişik. Bu gün belə bir stadionda, Çempionlar Liqasında iştirak etmək bizim üçün çox sevindirici haldır".
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
14.10.2026
13.10.2026
12.10.2026
























