18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tahir Süleymanov: "Neftçi"nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdır"

“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Süleymanov “ağ-qaralar”In düşərgəsindəki gənclər barədə danışıb: "Hazırda “Neftçi” klubunun düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək təşkil edir. İstər “Neftçi”nin, istərsə də “Lokomotiv”in yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq. Samir Məsimovla bağlanmış 5 illik müqavilə də bir daha bunu göstərir ki, “Neftçi”nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdır. Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Məsimovun böyük istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm “Neftçi”nin, həm də Azərbaycan milli komandasının heyətində nümayiş etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O, hazırlıq çərçivəsində keçirilmiş üç görüşdən ikisində meydana çıxdı və öz oyunu ilə onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30