29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Kamal Quliyev: "Neftçi"də gənc yerli oyunçulara böyük önəm verilir"

“Neftçi” PFK-nın əvəzedici heyətinin məşqçisi Kamal Quliyev klubun rəsmi saytına danışıb. Futbolxeber.az-ın məlumatına görə, K.Quliyev təlim-məşq toplanışından razı olduqlarını qeyd edib: “Komandamızın təlim-məşq toplanışı davam edir. Hazırlıq yüksək səviyyədə keçir. Futbolçulardan razıyıq, onlar həvəslə məşq edir, etimadı doğrultmağa çalışırlar. AZAL-ın əvəzedici heyəti ilə bu gün keçiriləcək yoxlama oyununda aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınayacağıq. Komandada sağlam rəqabət var. Futbolçular da gözəl anlayır ki, əsas komandaya çağırılmaq üçün çox çalışmalı və rəqiblərindən hər zaman bir baş üstün oyun nümayiş etdirməlidirlər. “Neftçi”də gənc yerli oyunçulara böyük önəm verilir. Bizim də vəzifəmiz budur ki, həm “Neftçi”yə, həm də milli komandaya faydalı ola biləcək futbolçular yetişdirək. İnanıram ki, bu vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31