Ölkə futbolu
Mahir Şükürov: "AZAL-la oyundan sonra futbolçular Nazimi döymək istəyirdi"
"Neftçi"nin müdafiəçisi Mahir Şükürovun Stadium.az saytına müsahibəsi:
- Hazırlıq necə gedir?
- Bakıdakı hazırlığı, hazırlıq saymaq olmaz. O hazırlığı Nazim Süleymanovla birgə keçdik, heç nə idi. İndi komandamız 8 gündür Antalyada toplaşıb və hazırlığımız da çox yüksək səviyyədə gedir. Ab-hava, əhval-rühiyyə çox yaxşıdır. “Fənərbaxça”yla yoxlama oyunu da bunu sübut etdi. Böyükağa Hacıyevin rəhbərliyi altında biz düz yoldayıq.
- Hacıyevin gəlişi ilə nə dəyişib ki?
- Ab-hava düzəldi, futbolçularda özünəinam qayıtdı. Baş məşqçinin futbolçuları oyuna hazırlamasından çox şey aslıdır. Həm də futbolçularını heç kimin ayağına vermir. Bir məşqçi ki, oyundan sonra deyir mənim futbolçularım rəqibdən zəifdir, o adam məşqçilik etməməlidir. Çünki futbolçuların ona inamı qalmayacaq. Bu sözdən sonra futbolçular o məşqçi üçün oynamazlar.
- Onda demək olar ki, Nazim müəllimin vaxtında son oyunlardakı zəif çıxışınız Süleymanovu istəməmənizdən irəli gəlirdi?
- “Qarabağ”la oyundan sonra öz aramızda – futbolçularla toplantı keçirdik. Qərara aldıq ki, baş məşqçi bizə güvənmirsə, biz də ona güvənməyəcəyik. Amma klubun mənafeyi üçün sona qədər mübarizə aparacağıq. Biz bütün oyunlarda "Neftçi"nin adı üçün əlimizdən gələni etdik. Biz kiməsə, hansısa məşqçiyə görə yox, bu komandanın adı üçün oynayırıq. Hətta azlıqda qalıb qələbə qazandığımız oyunlarda da sona kimi mübarizə aparmışıq.
- Futbolçular Nazim Süleymanova inanmır, o da sizə etibar etmir. Axı belə olanda ortada “Neftçi” batır?
- Təbii ki, elədir. Bizdə durduğumuz yerdə klub prezidentinə deyə bilməzdik ki, baş məşqçiyə güvənmirik. Zamanla klub rəhbərliyi də gördü ki, məşqçiylə futbolçular arasında problem var. İki futbolçu bir yerdə söhbət edən kimi, Nazim Süleymanov gəlib girirdi aralarına ki, burda nə danışırsız. Belə iş olar, bu hərəkət baş məşqçiyə yaraşar heç? Bura hamı Sadıq Sadıqova görə yığılıb. Nazimin vaxtında bizə heç baş məşqçi də lazım deyildi. Çünki biz meydana çıxıb Sadıq müəllimə görə futbol oynayırdıq. Tərlan Əhmədovun vaxtında biz məşqçinin tapşırıqların yerinə yetirirdik, amma Süleymanov bizə heç nə vermirdi. Elə meydana çıxıb bildiyimizi, bacardığımızı ortaya qoyurduq ki, klub prezidenti bizə görə məyus olmasın. Bizdə heç bir taktika yox idi. Sanki uşaq futboluydu.
- Düzün de, Süleymanovun vaxtında Böyükağa Hacıyevin komandaya müdaxiləsi vardı?
- Xeyr, hamısı yalan söhbətdir. Maraqlısı bilirsiz nədir, Nazimin komandaya gəlişində Böyükağa Hacıyevin də rolu oldu. O özü də dedi ki, Nazim gəlsə yaxşı olar. Təəssüf ki, Hacıyev də sonra nələrin baş verəcəyindən xəbərsiz idi.
- Stadium.az saytında “Neftçi”nin keçmiş baş məşqçisi Nazim Süleymanovun komandadan yollamaq istədiyi futbolçular siyahısı verildi. Onların arasında sənin də adı vardı və Süleymanov bunu özü də təsdiqləyib...
- Əlbəttə, xəbrim var, oxumuşam. Düzdür, məni komandadan yollamaq istəyirdi. Özü açıqlamasında deyib ki, mən nizam-intizamsız olmuşam. “Neftçi”də olduğum iki il ərzində heç vaxt intizamı pozmamışam. İntizamı pozsaydım, klub tərəfindən cəza və ya cərimə alardım. Allah şahiddir ki, heç vaxt belə hadisə olmayıb. Əgər pozmuşdumsa niyə getməmişdən əvvəl danışmırdı? Necə oldu, “Qəbələ”yə 90-cı dəqiqədə qol vurub komandaya qələbə qazandıranda mənə “qəhraman Mahir deyirdi”, sonra intizam pozan oldum? Sizə hər şeyi açıq deyəcəm. AFFA tərəfindən ilin oyunçusu seçiləndə Nazim Süleymanov öz komandamızın oyunçusuna səs verməmişdi. Gəlib ona dedim ki, xeyir ola, öz oyunçumuza yox, başqa futbolçuya səs verirsən?! Bundan sonra mənimlə prinsip aparmağa başladı. Kişi sözün deyibsə, axıra kimi üstündə durar. Sonra qəzetin səsverməsində öz oyunçumuza səs verdi. Niyə? Sözünü demişdin, axıra kimi üstündə durardın da. Məhz bu məsələdən sonra mənimlə prinsip aparmağa başladı. Mənə qarşı da münasibəti dəyişdi. Mən də ona qarşı soyuq münasibət göstərdim.
- Məşq prosesin necə keçirdi?
- Pis gündə. Sanki biz uşağıq. Bizə ötürmə verməyi öyrədirdi. Bu adam anlamırdı ki, komanda Avropa Liqasının qrup mərhələsində oynayıb, hər-halda, deməli ötürmə verməyi bacarırırq. 20 dəqiqə “paslaşıb” tərləyirdik, sonra fasilə... Belə məşq olar? Bizə heç bir taktiki gediş barədə nəsə demirdi. Çempionatda da komanda futbolçuların bacarığı hesabına oynayırdı.
- “Fənərbaxça”yla oyundan sonra dedin ki, baş məşqçi Böyükağa Hacıyevə görə canını da verərsən. Bunu həqiqətən ürəkdən dedin, yoxsa Nazim Süleymanova ismarıc göndərirdin?
- Bu gün həqiqətən elədir. Çünki Hacıyev bizə güvənir, futbolçuları lazımınca motivasiya edə bilir. Gələn gündən komandanı düzəltdi. Buna görə hamı onu istəyir. Legionerlər Nazimə heç nə deyə bilmirdi, amma otağına girib ona dedim ki, futbolçular səni istəmir. AZAL-la oyundan sonra Nazim Süleymanov istefa verməliydi. Həmin oyunda 3 əvəzləmə etdi və meydanı tərk edən futbolçulardan heç biri ona əl uzatmadı. Bu nə deməkdir? Həmin oyunda menecerin gətirdib oturdub stadionda ki, narahat olma, qış fasiləsində səndən futbolçu alacam. Deməli, sən gəlib “Neftçi”ni dağıdıb pul qazanmaq istəyirsən?
- Baş məşqçiylə futbolçular arasında qırılma nə vaxt baş verdi?
- “Qarabağ”la oyundan sonra gördük ki, bu adam bizə inanmır. Sizə bir olay danışım. Futbolçunun ayağı ağrıyır, həkim də deyir, elədir, ayağı ağrıyır. Süleymanov gəlib həmin futbolçuya deyir ki, sən komandanın liderisən, məşq etməsən də, heç olmaya çıx meydanda biraz qaç, sənin düşərgədə olduğunu görsünlər. Futbolçu da bunu edir, qaçmasa da, yeriyərək komandanın yanında olduğun göstərir. Sonra gəlib həkimə deyir ki, bəs deyirdin futbolçunun ayağı ağrıyır? Futbolçuyla həkimi düşmən edir. Bəs bu hərəkət baş məşqçiyə yaraşar? Vallah düz deyil.
- Onda belə deyək də, Nazim Süleymanov “Neftçi”də öz dilinin bəlasına düşdü?
- Əlbəttə, elə idi. Necə olur, sən transfer istəyirsən, amma biz Böyükağa Hacıyevlə heç bir transfer olmadan “Fənərbaxça”yla heç-heçə oynayırıq? Birinci olaraq klubun sahibi var, sən də durub ona göstəriş verirsən! Komanda da 5 mərkəz müdafiəçisi var, rəhbərliyə deyir mərkəz müdafiəçisi alınmalıdır. Sən legioner alsan, birinci olaraq biz Elvin Yunuszadəni itirəcəyik. Orda İqor Mitreski, Karlos Kardoso, Denis Silva, Tərlan Quliyev də var. Kimin yerinə gətirirsən futbolçunu? Məni, Mitreskini, Rəşad Sadiqovu, Denisi, iki məşqçimizi, inzibatçını komandadan yollamaq istəyirdi. Nə üçün? Belə çıxır ki, öz komandanı gətirib onlardan pul qazanmaq istəyirsən də. Axı komandaya gələndə belə söhbət olmayıb. Mitreski 3 ildi burda çempion olur, Neboyşa 7 ildi burda işləyir. Komanda son 3 ildə 3 dəfə çempion olub, kubok qazanıb, Avropa Liqasının qrupuna yüksəlib, bu da gəlib bir anda hamını dağıtmaq istəyir. Niazm-intizamı pozan birinci özü oldu. Bundan sonra da baxdı ki, heç kim ona hörmət etmir, başladı futbolçulardan şikayətlənməyə. AZAL-la oyundan sonra Ernest Nfor, Melvin Platye və Karlos Kardoso Nazimin üstünə hücum etdilər, onu az qala döymək istəyirdilər. Çünki lazımsız əvəzləmələr etmişdi. Biz buna imkan vermədik. Süleymanov özü öz gedişin hazırladı.
Mahir indi sene inanaq, yoxsa Nazim müellime?
O deyir, men düzem, sen de deyirsen men!((()))) men bir soz diye bilerem ki Boyukaxa mellimden baska neftciye diger meskci lazim deyil,Nazim mellim yaxsi futbolcu olub meskci kimi alinmir bunu azalnan avro kuboqlarda da gorduk,Mahire bir soz dimek isterdim
Boyukaxa mellimin qedrini bilin................ |
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq