16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

”Xəzər Lənkəran” ”Turan”la oyunun hazırlığına start verdi

Dünən Bakıdan Lənkərana yola düşən "Xəzər Lənkəran" bazasında qısa müddətli istirahətdən sonra axşam saatlarında “Kəpəz”lə keçirilən matçın bərpa məşqini keçirdi. Futbolxeber.az-ın məlumatına görə, bu gün “Xəzər Lənkəran” Con Bencamin Toşakın rəhbərliyi altında Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Turan”la səfər oyununun hazırlığına start verdi. Səhər məşqi Lənkəran Olimpiya Kompleksinin meydançasında baş tutdu və futbolçular 1 saat 10 dəqiqə davam edən məşqdə məşqçilər korpusunun tapşırıqlarına əsasən müxtəlif taktiki çalışmaları yerinə yetirdilər. Bu gün daxil olmaqla komanda sabah da gün ərzində iki məşq keçirərək aprel ayının 11-də səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək. Hazırda komandanın heyətində zədəli futbolçu yoxdur və futbolçular daha bir səfər qələbəsi qazanmaq istəyi ilə məşqlərdə səylə çalışırlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30