20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Villian Tieqo “Xəzər Lənkəran”da

“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmağa yaxındır. Futbolxeber.az-ın məlumatına görə Lənkəran təmsilçisi Villian Tieqonu heyətinə qatmaq üzrədi. Bu haqda Braziliyalı mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 28 yaşlı müdafiəçi qarşıdakı günlərdə “Xəzər Lənkəran”la rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, tam adı Villian Tieqo de Jesus olan mərkəz müdafiəçisi karyerası ərzində “Qremio” (Braziliya, 25 oyun; 1 qol), “Kyoto Sanga F.C” (Yaponiya, 10 oyun), “Bahia” (Braziliya, 5 oyun), “Ceara” (Braziliya, 17 oyun; 1 qol) və “Fiqueirense” (Braziliya) klubların forma geyib. Lakin Tieqonun son klubundakı çıxışı ilə bağlı statistik göstəricilərə heç bir mənbədə rast gəlinmir. “Fiqueirense”nin saytında da sözügedən futbolçu ilə bağlı heç bir məlumat yoxdur. Onun adı ümumiyyətlə, komanda üzvləri arasında yoxdur. 

 

 


 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30