26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yunanıstan çempionu “Qəbələ”də

Heyətini gücləndirmək üçün çalışmalarını davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni futbolçu təşrif buyurub. Futbolxeber.az-ın məlumatına görə, bu, Ukraynanın “Tavriya” klubunda forma geyən Marko Nedir. Fil Dişi Sahilindən olan Ne dayaq yarımmüdafiəçisidir. Onun “Qəbələ”də qalıb-qalmayacağı qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, Ne “Tavriya”ya gələnə kimi Avropada “Beveren” (Belçika, 64 oyun; 9 qol), “Olimpiakos” (Yunanıstan, 14 oyun), “Jerminal Beerşot” (Belçika, 10 oyun; 1 qol) və “Kuban” (Rusiya, 45 oyun, 2 qol) klublarında çıxış edib. 2011-ci ildə “Tavriya”ya transfer olunan afrikalı futbolçu 14 oyunda 1 qol vurub. Onun Simferopol təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Ne 2004-cü ildə Fil Dişi Sahili millisinə dəvət alsa da, cəmi 1 oyunda meydana çıxıb.

O, “Olimpiakos”un heyətində 2 dəfə Yunanıstan çempionu olub, 1 dəfə isə ölkə kubokunu qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30