26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən növbəti heç-heçə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" növbəti - dördüncü yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, "qırmızı-qaralar"  Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşıb. Yuri Syominin komandası rəqibə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:

I hissə: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev,  Rafael Santos, Luis Hilario Dodo, Davron Erqaşov, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.

II hissə: Anar Nəzirov, Müşfiq Teymurov, Volodomir Levin, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Murad Musayev, Nikola Valentiç, Elmar Baxşıyev, Lorival Assis, Leonardo da Silva, Abdulvahid Afolabi

Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb.

Görüşün ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Müdafiədə diqqətli oynayan komandalar hesabın açılmasına imkan verməyiblər.  İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənməyi bacarıb. Baujan Turusbekin qoluna 74-cü dəqiqədə Leonardo cavab verib. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki oyunlarda Türkiyənin "Maltəpəspor klubu ilə heç-heçə (1:1) edib ,  Qazaxıstan təmsilçisi "Tobol"a qalib (2:1) gəlib, "Konyaspor"a (Türkiyə) isə məğlub (2:4) olub.

"Qəbələ" toplanış çərçivəsində növbəti oyunu yanvarın 22-də "Volqa"ya (Rusiya) qarşı keçirəcək.

"Qəbələ" - "Spartak" (Qazaxıstan) - 1:1

Qollar: Leonardo, 74-pen - Baurjan Turusbek, 63




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30