25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bu, kişilikdən olmaz"

"Həmişə demişəm, futbolçu kimi qazandığım nəaliyyətlərə görə bu kluba borcluyam. Doğrudur, daha əvvəl “Karvan”ın heyətində çempionatda 2-ci yeri tutmuşam. Amma, “Bakı” ilə 2 dəfə ölkə kubokunu qazandım". Bu sözləri Futbolxeber.az saytına verdiyi müsahibədə "Bakı"nın sabiq kapitanı Cəmşid Məhərrəmov deyib.

Hazırda "Kəpəz"in formasının geyən təcrübəli futbolçu uzun illər çıxış etdiyi paytaxt klubunun rəhbərliyindən razılığını ifadə edib: "Bunlar hamısı bir tərəfə, peşəkar futbolçu kimi yetişməyimdə paytaxt klubunun böyük rolu olub. İstəsəniz, “Bakı”nın rəhbərliyi ilə əlaqə saxlayıb soruşa da bilərsiz, heç kimlə incikliyim, qalmaqalım olmayıb. Nizam-intizamsızlığımdan da şikayətçi ola bilməzlər. Sadəcə olaraq məşqçinin qərarı belə oldu. Bunun da günahını özümdə axtarmalıyam. Yəqin, məşqçinin istədiyi formada olmamışam, ona görə bu addımı atıb. Onu da hardasa başa düşməliyəm ki, “Bakı” çempionluğa oynayan bir komandadı. Yenə deyirəm, “Bakı”dan heç bir narazıçılığım, incikliyim yoxdur. Uzun müddət “Bakı” rəhbərliyinin qayğısını görmüşəm, Hafiz müəllimin çörəyini yemişəm. İndi də durub “Bakı”dan şikayət edib, narazıçılıq bildirmək kişilikdən olmaz".

QEYD: Cəmşid Məhərrəmovun müsahibəsi ilə irəliləyən dəqiqələrdə saytımızda tanış ola bilərsiniz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30