Ölkə futbolu
Qurban Qurbanov: “Arada hirslənmək lazımdır”
"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm.
- "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyəsən, sizi təbrik etmədi...
- Təbrik etdi. Özü də dərhal gəldi.
- Joni Montiel "Napoli" ilə oyuna hazırdır?
- İlk "11-lik"də onun üçün çətin olar. Bilirsiz ki, 1 ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. "Napoli" ilə matçın gedişatında Montieli meydanda görə bilərik.
- Elvin Cəfərquliyevin start heyətində olmaması nə ilə bağlıdır?
- Sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil.
- Sizcə, "Sumqayıt"ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar deyildi?
- Ağır qərar ola bilər. Mən də videoya baxdım. Futbol kontakt oyunudur, aqressiv oyundur. Ola bilər ki, hansısa epizodda emosiyalarını saxlaya bilmirsən. Belə hallarda səhv qərarların olmamasının tərəfdarıyam. Fərqi yoxdur bizə və ya rəqibə. Ola bilər ki, səhv qərar idi. Mən də bununla razılaşıram.
- Son zamanlar emonional reaksiyalar verirsiz. Bunun səbəbi nədir?
- Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsiz yəqin ki. Arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır.
- Kaşuk qoldan sonra sanki axsayırdı. Zədəsi var?
- Soruşmadım. Deyəsən, ayağına zərbə olmuşdu.
- “Bu şəhərdə”nin konsertində sizi parodiya ediblər. Buna münasibətiniz nədir?
- Kiminsə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm.
- Kadi Borgesin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?
- Belə hallar olub. Əsas futbolçularımız bir çox oyunlarda iştirak etməyiblər. Amma uğurlu nəticələrimiz olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız çox yaxşı səviyyədə keçir, seçimim çox olur. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.
- “Napoli” ilə oyunda əsas heyət necə olacaq?
- Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.
- "Qarabağ"dan “Napoli” ilə oyunda sürpriz nəticə gözləmək olar?
- Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
-
23:45
“Sumqayıt”ın Yay Futbol Düşərgəsində ikinci mərhələ başa çatıb FOTOLENT
-
23:28
Millət vəkilindən “Dinamo”ya dəstək FOTOLENT
-
23:04
Millimizin oyunun yeri dəyişdirildi
-
22:19
Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub
-
21:51
Yığmamız Qırğızıstana uduzdu
-
21:32
Cəfərquliyev əməliyyat olundu
-
20:47
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
-
20:23
"Dinamo"dan mövsümə uğurlu start
-
20:00
18 yaşlı qapıçı "Liverpul"da
-
19:16
"Şahdağ Qusar"da yeni yarımmüdafiəçi
-
18:35
Portuqaliyalı futbolçu PSJ-dən ayrıldı
-
17:58
Şahin Diniyev: "Coşqunun klubsuz olmağı məni narahat edir"
-
17:24
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı
-
16:49
Çimərlik futbolu millimiz dünya reytinqində irəliləyib
-
16:12
Füzuli Məmmədov klub prezidenti ilə görüşdü
-
15:31
"Şamaxı"nı Əlcəzair klubuna dəyişdi
-
15:00
Almaniya millisinin üzvü “Yuventus”da
-
14:23
Almaniyalı mütəxəssis azərbaycanlı məşqçilərə seminar keçib
-
13:57
Azərbaycan ağırlıqqaldıranı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
-
13:06
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
-
12:45
“Qarabağ” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
12:18
"Karvan- Yevlax"dan yeni transfer
-
11:34
“Zirə” braziliyalı yarımmüdafiəçi transfer edir
-
11:09
“Neftçi”nin oyununun biletləri satışa çıxarıldı
-
10:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Polina Rəhimova milli karyerasını başa vurdu
-
09:43
"Borussiya" darmadağınla kubokda mərhələ adladı VİDEO
-
09:17
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
-
09:00
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
-
18:41
Emrelinin komandasında yeni baş məşqçi
-
18:24
Cabir Əmirli I Liqa klubunda
-
17:58
Jezus rəsmən “Barselona”da
-
17:36
Azərbaycan Premyer Liqasında avqustun ən yaxşı 5 qolu VİDEO
-
17:02
Azərbaycan millisinin məşqçisi vəfat edib
-
16:43
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
-
16:14
Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib
-
15:55
"Xankəndi"dən növbəti transfer
-
15:27
"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub
-
15:00
"Çelsi"ni "Leyptsiq"ə dəyişdi
-
14:31
"Şimal" nigeriyalı legioneri heyətinə qatıb
-
14:19
Yamal 91 illik rekordu qırdı
-
13:48
"Gəncə" amerikalı basketbolçunu heyətinə qatıb
-
13:06
PFL VII turun oyun cədvəlini açıqladı
-
12:52
Kikboksçu Baba Abbaszadə 2 il müddətinə diskvalifikasiya olunub
-
12:23
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
-
11:34
Marko Yankoviç: “Azarkeşlər daha güclü “Qarabağ” görəcəklər”
-
11:17
"Barselona" - "Rayo Valyekano" matçında 7 qol VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
“Roma”dan darmadağın VİDEO
-
10:09
Zamiq oynadı, komandası qalib gəldi
02.09.2026
01.09.2026
























