29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Hansı əcnəbi məşqçi Azərbaycan futboluna ciddi uğur qazandırıb?"

 

"Klub rəhbərlərinin yerli məşqçilərə etimad göstərməməsinin səbəbini bilmirəm. Bu haqda çox düşünüb, analiz etsəm də, heç bir səbəb tapa bilməmişəm". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, ölkəmizdə çalışan əcnəbi mütəxəssislərin heç biri ciddi uğur qazana bilməyiblər: "Klub rəhbərləri yerli məşqçilərə güvənmirlərsə, hansı inkişafdan danışmaq olar? Çox deyirlər ki, inkişaf olmalıdır, inkişaf var, olacaq və s. və i.a. Amma ortada heç bir ciddi uğur yoxdu. Bu gün Azərbaycanda xeyli sayda əcnəbi futbolçu çıxış edir. Məgər, hamısı yüksək səviyyəlidir? Əcnəbi gərək yerli futbolçudan üstün olsun. Amma elə legioner var ki, gəlib burada yerli futbolçudan öyrənir. Eyni sözlərim məşqçilərə də aiddir. Fikir verək, həm SSRİ vaxtı, həm də müstəqillik qazandıqdan sonra hər zaman əldə olunan uğurlara yerli məşqçilər imza atıblar. İstər "Neftçi" olsun, istər "Qarabağ". Hansı əcnəbi məşqçi Azərbaycan futboluna ciddi uğur qazandırıb? Hansı əcnəbi məşqçi azərbaycanlı futbolçu yetişdirib? Əcnəbi məşqçilərdən bizə xeyir yoxdu, olmayacaq da". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31