Ölkə futbolu
Adil Qaçayoğlunun arzusu (YAZI)
14 yanvar tarixi çoxlarına bir şey deməyə bilər. Mənim ömrümə isə həmin gün qızıl hərflə yazılıb. 1998-ci il yanvarın 14-də bu günə qədər çalışdığım “525-ci qəzet”də (bütövlükdə mətbuatda) ilk yazım (xəbərim) dərc olundu. Yazının səbəbkarı Azərbaycanın istedadlı jurnalisti, televiziyada yeri görünən, o vaxtlar “525”in idman şöbəsinin müdiri işləyən Altay Əliyev, ilk oxucusu isə Azərbaycan jurnalistikasının əjdahalarından biri - Yusif Rzayev oldu. Yusif müəllimin ikiqat redaktəsindən, daha doğrusu, xəbəri təzədən yazmasından sonra... jurnalistikaya rəsmən qədəm qoydum.
Mətbuatda qalmağımda rolu, çiynimdə haqqı olan bu şəxslərə, eləcə də Rəşad Məcidə (mənə həyatda ən böyük dəstəyi verən insana), Yaşar Əliyevə, Qalib Toğrula, Seyfəddin Hüseynliyə bu gün də təşəkkürümü bildirirəm, dünyasını dəyişmiş müəllimim, Azərbaycan idman jurnalistikasının əfsanəsi Adil Qaçayoğlunun xatirəsini minnətdarlıqla anıram və gəlirəm o günlərə ki, Adil müəllim bir yazımı oxuyub, mənə çox ciddi, həm də haqlı irad tutmuşdu: “məzələnmək” sözü nədir, başlığa çıxarmısan?” Sonra ürəyimi qırmamaq üçün mehribanlıqla, kübarcasına əlavə eləmişdi: “Qəzet, jurnalistika ara sözlərin, küçə sözlərinin yığını deyil, belə sözlərə qəzetdə yer olmamalıdır”.
...Ruhun şad olsun, Adil müəllim, görəsən, Azərbaycan idman jurnalistikasının bugünkü iyrənc, eybəcər durumunu görsəydin, nələr deyərdin?
***
19, ya 20 yaşım vardı, təcrübəsiz idim, qəzetçilik, jurnalistika nə deməkdir, bilmirdim. Tez-tez müzakirə açırdıq, hər söhbətindən xeyli şey götürürdüm. Bir dəfə dedi ki, kimsə kiminsə haqqında “şərəfsiz”, “ləyaqətsiz” kimi sözlər işlətsə belə, sən bunları yazma. Yüngülvarı etiraz edib dedim, axı bu, sensasiya yarada bilər. Cavabı qısa və tutarlı oldu: sensasiya axtaran Maradonadan müsahibə götürər, qeyri-adi nəsə tapar, insanları təhqir eləmək sensasiya deyil, ədəbsizlikdir.
...Çərxi-fələyin üzü döndü, Adil müəllim, sizin kimi böyüklər, ustadlar aramızdan getdikcə idman jurnalistikamızı bit-birə basdı, onların dilində “şərəfsiz” ən şərəfli sözə çevrildi.
***
“Qalatasaray”ın az qala fanatı idi. Gərək ki, hansısa bir türk futbolçusundan söhbət düşmüşdü. Yanıb-yaxıldı ki, bizdə - Azərbaycanda jurnalistlə bu səviyyədə söhbət eləyə biləsi futbolçu yoxdur. Elədir, böyük ustad, yoxdur, heç yaranmır da. Amma axı indiki idman jurnalistikamızda futbolçuyla ədəb-ərkan çərçivəsində, normal söhbət apara bilməyən gənclər də az deyil. Bəs onda niyə, məsələn, o savadsız futbolçumuzla o “ağıllı jurnalist” arasında hətta qəzet səhifəsinə çıxan belə dialoq yaşansın:
- Eşitdiyimə görə, səni “nakazat” ediblər?
- Bu nə sualdır verirsən, sən jurnalistsən, yoxsa “türemşik?”
Dünyadan bixəbər futbolçunun müəllimlik iddiasına düşən “jurnalistə” ağıl verdiyi zamanda yaşayırıq biz.
***
“Kaş babat pulum olaydı. Bir idman qəzeti açardım, yığardım bütün istedadlı gəncləri o qəzetə. Gənclərlə işləmək mənə ləzzət verir”. Tez-tez deyərdi bu sözləri.
- Qəzetin adını nə qoyardınız, Adil müəllim?
- “Qol” yaxşı addır.
Sonra daha bu haqda söhbət eləmədik, eləyə bilmədik. Yatağa düşdü, çarəsiz xəstəlik 2008-ci ilin 4 mayında 53 yaşlı böyük ustadı əlimizdən aldı.
Elə həmin ilin sentyabrında Mirhaciblə yenicə yaratmağa başladığımız saytın planlarını cızırdıq:
- Aydın, hər şey hazırdır, qalıb ad məsələsi. Nə ad qoyaq sayta?
- Qol.az
Adil müəllimin dünyasını dəyişdiyi elə həmin 2008-ci ilin 17 noyabrında Qol.az saytı fəaliyyətə başladı.
Qol.az təkcə Mirhacibin, Aydının yaratdığı bir futbol saytı deyil, həm də böyük ustadın idman jurnalistikamıza yadigarıdır.
Ruhun qarşısında baş əyirəm, Adil müəllim!
Aydın BAĞIROV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sloveniyalı müdafiəçi ilə maraqlanır?
- “Qarabağ”dan bu yayın 7-ci transferi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- 2025/2026 mövsümü: Meydana çıxan yerli və əcnəbilərin sayı açıqlandı
-
13:29
Voleybol millimiz Yunanıstanla yoxlama oyununda qələbə qazanıb
-
12:46
Ayxan Hüseynov: “Turan Tovuz” həmişə ürəyimdədir”
-
12:33
"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub
-
12:17
Polşalı ekspert Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək
-
12:00
Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
-
11:24
"Milan"ın əfsanəsi vəfat etdi
-
10:55
Eren Aydın: “Mübarizəni dayandırmağa layiq deyildik”
-
10:41
“Qarabağ” “Dinamo”nu keçsə, pley-offdakı mümkün rəqiblər məlumdur
-
10:18
ÇSKA-nın baş məşqçisi: “İnsanlar nə qədər böyük komandaya qalib gəldiyimizi anlayır?”
-
10:02
"Zirə"dən gözlənilməz heç-heçə VİDEO
-
09:39
Mahirli "Rakuv" növbəti mərhələdə
-
09:26
"Neftçi"nin gücü 1 qola çatdı VİDEO
-
09:13
Qurban Qurbanov: “120 dəqiqəlik oyuna hələ tam hazır deyilik”
-
09:00
Murad Məmmədov debüt etdi, komandası mərhələ adladı
-
00:47
“Qarabağ” penaltilərdə məğlub oldu
-
23:09
“Paide”nin baş məşqçisi: “Bu, bizim üçün yeni tarixdir”
-
22:54
“Neftçi” qələbə qazansa da...
-
22:43
Rəşad Sadıqov: “Mərhələni keçməyə layiq tərəf biz idik”
-
21:52
"Zirə" avrokuboklarla vidalaşdı
-
21:18
ÇSKA - "Qarabağ": Heyətlər bilindi
-
20:45
“Sumqayıt” “Şamaxı”ya qalib gəldi
-
20:00
"Dinamo" - "Neftçi": Heyətlər müəyyənləşdi
-
19:41
"Zirə" - "Payde": Heyətlər açıqlandı
-
18:54
Bosniya millisinin hücumçusu "Yuventus"da
-
18:36
Emin Ağalarov: "Neftçi" formasında olarkən heç vaxt uduzmuram"
-
17:17
ÇSKA-nın sabiq prezidenti: “Qarabağ”dan qorxmuruq”
-
17:03
"Çelsi"dən müdafiəçi transferi
-
16:22
"Turan" heyətini Çin millisinin üzvü ilə gücləndirib
-
15:49
Minifutbol üzrə U-23 millimiz Qazaxıstan yığmasına qalib gəlib
-
14:58
"Sabah" - "Orhus" oyununun hakimləri müəyyənləşib
-
14:15
"LANDAU Lions"da yeni müqavilə
-
13:30
Eddi Hau "Nyukasl"dan gedir
-
13:01
"Gəncə" legioneri ilə müqaviləni yeniləyib
-
12:24
"Sabah"ın “Orxus”la səfər oyununun vaxtı müəyyənləşdi
-
11:56
“Kəpəz”in İdarə Heyətinin sədri Niyazi Bayramovla görüşüb
-
11:33
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib
-
10:49
“Kəpəz” növbəti transferini reallaşdırdı
-
10:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:56
Vernidub: “Xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq”
-
23:02
“Neftçi” “Dinamo” ilə cavab matçının hazırlığını yekunlaşdırdı
-
22:31
Güləş millimiz dünya ikinci oldu
-
21:48
Qurbanov: “7:2-ni yaddan çıxarmalıyıq”
-
20:23
"Turan Tovuz" daha bir Türkiyə klubu ilə qarşılaşacaq
-
19:19
“İlk oyunda "Zirə"nin üstün olması ilə razı deyiləm”
-
17:57
"Zirə" - "Payde" oyununun biletləri sabah satışa çıxarılacaq
-
17:30
“Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də
-
16:46
Nuriyev Macarıstan klubunda
-
16:24
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
-
16:12
"Qarabağ" Bolqarıstana yollandı
-
15:58
Ruan Renato “Payde” ilə oyundan danışdı
31.07.2026
30.07.2026
29.07.2026
























