18 Sentyabr 2026, Cümə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi

Ölkə futbolu

Fərid Nəbiyev üçün yubiley

Azərbaycan Premyer Liqasının 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/17 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. Nəbiyev “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol) və “Qəbələ”də 1 matça çıxıb.

Qeyd edək ki, Fərid ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30