29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aqil Nəbiyev: "Qazandığım uğurlara görə ona borcluyam"

"Bakı"nın və milli komandamızın üzvü Aqil Nəbiyev "Toplu Bakı" jurnalına müsahibə verib. Futbolxeber.az həmin müsahibənim təqdim edir:

 

- Uşaqlıq illəri və ailəniz barədə  məlumat verərdiniz

- Tovuz şəhərində sürücü ailəsində anadan olmuşam. Ailədə 3 uşaq olmuşuq: bacım, böyük qardaşım və evin sonbeşiyi mən. Bildiyiniz kimi, məndən 2 yaş böyük qardaşım Nadir də peşəkar futbolçu olub. O Azərbaycan çempionatlarında 100-dən çox qol vuran yeganə futbolçudur. Həm “Neftçi”də, həm də Azərbaycan milli komandasında çıxış edib. Bir sözlə, futbol mühitində böyümüşəm.  İlk vaxtlar qardaşım mənim futbolçu olmağımı istəmirdi: əziyyət çəkməməməyim üçün təhsil almağımı istəyirdi. Lakin inadımı görüb sonradan razılaşdı. Bizə futbolçu olmaqda atamız da böyük dəstək verib. Bu gün qazandığım uğurlara görə ona borcluyam.

17 yaşınızdan etibarən “Turan”ın əsas heyətinə cəlb edildiniz?

- Tovuzda həmişə gənclərə üstünlük verilib. İlk dəfə 1999-cu ildə baş məşqçi Xanoğlan Abbasovun rəhbərliyi altında “Turan”da oynamağa başladım. Xanoğlan müəllimin istefasından sonra Tovuza Kazbek Tuayev gəldi. Onun vaxtında mütəmadi olaraq əsas heyətdə meydana çıxmağa başladım. 2001-ci ildə Kazbek müəllim “Neftçi”yə keçəndə məni də özü ilə birgə bu kluba apardı. “Neftçi”yə qardaşım Nadirlə birgə gəlmişdim.

- “Turan”da özünüzü göstərsəniz də, “Neftçi”də daha çox ehtiyatda qaldınız...

- “Neftçi”də qalıb öz vaxtımı gözləyə bilərdim. Sadəcə mən bunu istəmədim. Həm də mən “Neftçi”də icarə əsasında yollanmışdım. Həmin vaxt “Turan”a köməyim lazım idi. Ona görə qayıdası oldum.

- 2007-ci ildə yenidən Bakıya – bu dəfə “Olimpik” klubuna transfer edildiniz?

- "Olimpik”ə keçidim təsadüf nəticəsində baş verdi. “Olimpik”i kubok oyununda evdə məğlub etdik. Bu oyundan sonra komandanın baş məşqçisi Əsgər Abdullayev  məni  “Olimpik”ə dəvət etdi.  2007-ci ilin yanvar ayında “Olimpik”lə  1 illik müqavilə imzaladım. Sonrakı illərdə müqavilə müddətini uzatmaqla 6 il bu klubda oynadım. Son illər komandanın kapitan sarğısı da mənə həvalə  edilmişdi. Bu klubda karyeramın 5 ili keçdi.  Sonuncu baş məşqçi Vaqif Sadıqov  məni heyətdə görmək istəmədi. Bu halda komandada qalmağım mümkün deyildi. Hamı bilir ki, Vaqif müəllim heç bir səbəb olmadan məni komandadan kənarlaşdırdı. Amma həyat davam edir.  Orada çoxlu dostlarım var. Münasibətlərimiz indi də yüksək səviyyədədir.

- “Bakı”ya keçidin barədə bir neçə dəfə xəbər yayılsa da, bu öz təsdiqini yalnız bu ilin yanvarında tapdı. Keçidiniz necə baş tutdu?

- “Bakı” hər zaman ürəyimdə olub. “Bakı”da oynadığım üçün demirəm, amma, bu klub Azərbaycanda birincilərdən bəlkə də ən birincisidir. Bunu həmişə demişəm. Rəhbərlik  futbolçular üçün hər cür şərait yaradıb. Burada oynayan futbolçular da bunun müqabilində nəticə verməyə borc-ludur. Çünki Azərbaycanın bir neçə klubunda belə şərait var. “Bakı”ya gələndə komandanın layiq olmadığı 10-cu yerə çox üzülürdüm. İnana bilmirdim ki, belə bir klub bu yerdədir. Rəhbərliyin düzgün transfer siyasəti özünü nəticələrimizdə göstərdi. Şükür Allaha ki, ilk altılığa vəsiqə qazandıq. Kubokda da mübarizə davam edir.

- Milliyə cəlb edilsən də, nadir hallarda ilk 11-likdə meydanda olursan. Bunun səbəbini nədə görürsən?

- Berti Foqts milliyə baş məşqçi təyin ediləndən 5 ay sonra məni komandasına dəvət etdi. Elə o vaxtdan etibarən milliyə dəvət alıram. Bir sıra vacib oyunlarda çıxış etmişəm. Daim əsas heyətdə oynaya bilməməyimin bir sıra səbəbləri var: biri mənim mövqeyimdə millinin kapitanı təcrübəli Rəşad Sadıqovun oynamasıdır. Digər səbəb isə zədələrdir. Bundan sonra da çalışacağam ki, millinin formasını geyinim. Bu mənim üçün böyük şərəfdir.

Qardaşın təcrübəli hücumçu Nadir Nəbiyev futbolsuzdur. Məhsuldar hücumçu karyerasının ən yaxşı vaxtında gözlənilmədən hər şeyi atıb “Turan”a keçdi. Bununla da unudul-du...

- Nadir öz futbol karyerasını “Turan”a qurban verdi. Nadiri futboldan küsdürdülər. Ona təklflərin ən çox olan vaxtında, heç bir maddi marağı olmadan “Turan”a qayıtdı. Doğma klubuna kömək məqsədi ilə öz maddi vəsaitini də kluba xərclədi. O “Turan” üçün kar-yerasından keçdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31