3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı

Ölkə futbolu

Kevin Medina: “Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil”

"Qarabağ"ın futbolçusu Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Atletik"lə sabahkı matç haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında oyunun çətin keçəcəyini deyib: 

“Bu matç həm onlar, həm də bizim üçün çox çətin oyun olacaq. Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq”.

Ötən mövsüm istədiyi səviyyədə olmadığını xatırladan kolumbiyalı futbolçu hazırda özünü əla hiss etdiyini söyləyib: “Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərimdə çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30