Ölkə futbolu
Samir Abasov: “Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir”
“Neftçi” Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:
"Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiniz ki, “Neftçi” hansı kalibrda komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq, reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da, qaçılmazdır. Reallıq komandanın göstərdiyi oyundur. Birinci gündən nəticələr gözləntiləri vermirdi... Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nələr deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiniz, prosesləri bilməyə bilərsiniz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudur. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər... Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. Onlar mənim arxamdadır, bu vaxta qədər görmədiyim bir şeydir. Qalibiyyət üçün nə lazımdırsa... Hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar".
- Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa gedişatda verilən qərarlar oldu?
- Hansısa məşqçi deyirsə ki, bu futbolçunu öncədən düşünərək meydana buraxdım, yalandır. Hardan bilək ki, o qol vuracaq? Sadəcə görürsən kimsə oyundan düşür, meydana buraxırsan. Onun qol vuracağını bilmirdim.
- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?
- Hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq.
- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbənin nə dərəcədə əhəmiyyəti olacaq?
- Dəhşətli dərəcədə əhəmiyyətlidir. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə paslar alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçənilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu... Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq.
- Okan Buruk 1:5 uduzduqdan sonra söz verdi ki, ən azından pley-offa düşəcəyik. Siz bu qələbədən sonra azarkeşlərə nə söz verirsiniz?
- Bu dəqiqə heç nə söz verməyəcəm. Biz hər oyuna qələbə üçün çıxacağıq. Sözüm bu olacaq.
- İkinci qoldan sonra emosiyanızı gördüm. Sanki 4 turdan sonra qalan emosiyanın partlayışı idi. Sessi Almeydanın penalti epizodu haqda fikriniz necədir? Xal itirmiş olsaydınız, o epizodlar bağlı nə deyəcəkdiniz?
- Bunu qəsdən etdi deyə, çevirmək olmur. Bir komandanın üzərində həddindən çox bu cür, əleyhinə olan epizodlar varsa, adamın özündə də şübhə yaranır. Mən də fikirləşirəm ki, penaltidir. Əminəm ki, nəticədə çoxunun rəyi o olacaq ki, penalti deyil. Bu, “Neftçi”dir, ona görə belə olacaq. Hər oyunda bəlkə də oyunun nəticəsinə təsir edən epizodlar var. Hamısından şikayət edə bilərik. Bəlkə də, udmuşuq deyə, sakitik. Bir az diqqətli olmaq lazımdır. Oyun pis axara gəlib çıxırdı. Epizodları vura bilmirdik. Bəlkə də penaltiyə ehtiyacımız olardı ki, vuraq və udaq. Bunu da əlimizdən alırsa, əlbəttə ki, səs-küy qaldırmalıyıq. Komandamızın adından xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- “Səbail”də yeni sponsor?
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- “Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- Millimiz yenə qazaxlara uduzdu
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- Kukseviç: "Oyunumuzdan razı qaldım"
-
09:30
"Bakı-Xankəndi" velosiped yarışı: Üçüncü mərhələ Qəbələdə start götürdü
-
18:17
Azərbaycan yelkənçiləri "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
-
17:22
Olimpiya çempionu: “Bakı-Xankəndi yarışı yüksək kateqoriyaya layiqdir”
-
17:00
Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal
-
16:46
XXXII turun oyun cədvəli açıqlandı
-
15:38
Millimiz Gürcüstana da uduzdu
-
14:59
Azərbaycanda 100-ə çatan ikinci ispan
-
14:25
Fedorov: “Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsinin qalibi olmaq çox xoşdur”
-
14:13
Sahib Ələkbərov: “Biz yalnız irəli getmək istəyirik”
-
14:04
Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
-
13:41
Rəhim Sadıxov 200-ə çatdı
-
13:27
Emin Mahmudov mövsümün ikinci ən erkən qolunu vurub
-
13:12
“Bakı-Xankəndi”: ikinci mərhələ başa çatdı, Fyodorov qalib oldu
-
13:00
Axundzadə MLS-də növbəti oyuna çıxdı
-
12:36
Vüsal İsgəndərlinin komandası qalib gəldi
-
12:19
"Roma"dan inanılmaz geridönüş VİDEO
-
11:43
Dadaşovun komandasından darmadağın
-
11:25
PSJ-dən çətin qələbə VİDEO
-
11:08
Ehtiram Quliyev: “Turan Tovuz” tək bir şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır”
-
10:54
"Milan" - "Atalanta" matçnda 5 qol VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
“Barselona” "El-Klasiko"nu qazanıb çempion oldu VİDEO
-
10:00
Sessi D`Almeyda: “Təəssüf ki, avrokuboklara getməyimiz tək özümüzdən asılı deyil”
-
09:42
"Arsenal"dann vacib qələbə VİDEO
-
08:09
Bu gün "Bakı-Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
21:55
Yuri Vernidubdan qələbə şərhi
-
21:38
"Turan Tovuz" "Karvan-Yevlax"ı tək qolla üstələdi VİDEO
-
21:19
"Neftçi" və "Turan Tovuz”dan qələbə
-
20:00
Berdiyev: “Heyət güclənməlidir”
-
19:43
Füzuli Məmmədov: "Yaxşı komanda qurub yenidən Premyer Liqaya geri qayıda bilərik"
-
19:27
Tovuz klubu 32 il sonra avrokuboklarda
-
18:34
“Ayın qolu”nun qalibi mükafatlandırıldı
-
14:52
Sahib Ələkbərov: “Gənc velosipedçilərimizin təcrübələri çatmadı, tələsdilər”
-
14:21
“Bakı-Xankəndi” veloyarışının ilk mərhələsi başa çatıb FOTOLENT
-
13:16
Urfan Abbasov Premyer Liqada 350-ci oyununa çıxdı
-
13:03
Kadidən yubiley qolu
-
12:35
Olise “Bavariya”ya qələbə qazandırdı VİDEO
-
11:48
"Yuventus" 12-ci saniyə qolu ilə qalib gəldi VİDEO
-
11:27
Millimizin üzvü üçün 90 dəqiqə
-
10:54
"Trabzonspor" səfərdə "Beşiktaş"ı məğlub etdi VİDEO
-
10:39
Cüdoçularımızdan Avropa Kubokunda 5 medal
-
10:12
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:00
Emil Mustafayev: “Avrokuboklara yollanmaq üçün “Sumqayıt”ın hər şeyi var idi”
-
09:46
"Qalatasaray" çempionluğunu belə rəsmiləşdirdi VİDEO
-
08:21
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır
-
23:25
"Sumqayıt" avtoqolla sevindi VİDEO
-
23:13
“Sumqayıt”ın məşqçisi: “Xarakter göstərdik”
-
22:51
“Qalib gəlmək üçün ölməlisən”
-
22:00
FİFA-dan “Qarabağ”a da transfer qadağası
-
21:29
“Qarabağ” xal itirdi, “Sumqayıt” sonda sevindi
12.05.2026
11.05.2026
10.05.2026
09.05.2026























