20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yılmaz Vural: "İnanmırsınızsa, gəlin, sizə “Rəvan”dan aldığım “sms”i göstərim"

“Güvənç Kurtardan əvvəl “Rəvan”dan mən təklif almışdım. Amma bu klubun təklifini qəbul etmədim”. Bunu apasport.az saytına türkiyəli məşqçi Yılmaz Vural deyib.
Bu gün Antalyada “Gloria Golf” otelində Türkiyə Spor Yazarları Dərnəyinin “51-ci il idmanın zirvəsi” adlı seminarı baş tutub. Seminarda Şenes Erzik, Roberto Mançini, Slaven Biliç, Şota Arveladze və Roberto Karlos kimi ünlü simalar iştirak edib və fikirlərini çatdırıb.
Tədbirin fasiləsində iştirakçılardan olan Vural növbəti dəfə ölkəmizdən təklif almasından danışıb: “Mənə inanmırsınızsa, gəlin, sizə “Rəvan” rəsmisinin mənə göndərdiyi SMS-i göstərim. Samir Məliksoy adlı bir adam məndən “Rəvan”a baş məşqçi gəlməyimi istəmişdi. Dekabrın 31-də onunla söhbət etdik. Soruşdum, klubun iddiaları necədir. O dedi ki, hazırda 9-cu pillədə olsaq da, aşağı dəstəyə düşməyəcəyik. Ancaq mən bildiyimə görə, bu sırada bitirsələr, pley-off oynamalıdırlar. Mən hədəfləri bəlli olmayan bir klubla işləmək istəmədim. Həm də maliyyə baxımından çox aşağı pul təklif edirdilər. Ona görə də təklifi qəbul etmədim. Ancaq sonradan eşitdim ki, Kurtarla əlaqə saxlayıb onu komandaya baş məşqçi təyin ediblər”.
Qeyd edək ki, Yılmaz Vural sabah adıçəkilən seminarda Samet Aybaba və Fatih Terim kimi baş məşqçilərlə birgə iştirak edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30