23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Pantiç: “Dəyişikliklər etməklə özümə düşmən qazandım”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni ixtisarlarla təqdim edirik:

- Yenidən İspaniyada, bizim aramızdasınız...

- Bəli. Amma bu uzun müddətə deyil. Çünki Azərbaycanda çempionat fevralın 2-də davam etdiriləcək. Bu ölkənin yüksək liqasında 10 komanda 4 dövrədə mübarizə aparır. Bundan başqa kubok yarışı da var. İndi mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq.

- Siz Marbelyada hazırlıq keçəcəksiniz?

- Biz çempionata İspaniyanın cənubunda hazırlaşacağıq. Biz qarşıdakı oyunlarda uğurlu çıxış edib avrokuboklara yüksəlmək istəyirik. Bununla da nəyə qadir olduğumuzu göstərməliyik.

- Bakı və Azərbaycan haqda nə düşünürsünüz?

- Futbol hər yerdə futboldur. Bizim çempionat kifayət qədər güclüdür və heç bir rəqiblə oyun asan deyil. İnsanlar düşünə bilər ki, Azərbaycan futbolda heç nəyə nail ola bilmir. Rusiya ilə sərhəd olan bu ölkədə kifayət qədər maraqlı futbolçular var. Futbolun inkişafı üçün vaxt lazımdır. Mən gəldiyim ilk gündən bəzi dəyişikliklər etdim.

- Altı aydır Azərbaycandasız. Rastlaşdığınız ən maraqlı hadisə hansıdır?

- Mən bu haqda kitab yaza bilərdim və həmin kitab bestseller olardı. Mən həyatımın ən ağır 6 ayını keçidim. Amma xoşbəxtəm. Mən daha məsuliyyətli olmuşam. “Atletiko”nun prezidenti Migel Anhel Hilin təklifi ilə ora getdiyimə peşman deyiləm.

- Yəqin ki dil problemi böyükdür...

- Heç bir dil problemi yaşamıram. Özündənrazılıq olmasın. Amma bir neçə dil bilirəm. Keçmiş SSRİ respublikası olduğundan mənim də 8 il öyrəndiyim rus dilindən istifadə edirik. Düzdür öz tərcüməçim də var. Ümumilikdə müxtəlif dillərdən, o cümlədən ispan dilindən də istifadə edirik.

- Komandanızda neçə millətin nümayəndəsi var?

- Serb, makedoniyalı, sloveniyalı, kiprli və yunan dilində də danışıram.

- Bakının çox gözəl şəhər olduğunu deyirlər...

- Bu həqiqətən belədir. Bakı çox gözəl şəhərdir. 10 il də inkişaf etsə, yeni Dubay olacaq. a çatacaq. Əsas problem külək və onun güclü əsməsidir. Onlar mənə deyir ki. sən hələ külək görməmisən.

- Bəs yeməklər...

- Hər şey var. Bu da çox yaxşıdır.

- Yəqin orada çalışmaq asan deyil...

- Çünki onlar başqa cür öyrəşmişdi. Mən isə dəyişikliklər etməklə özümə düşmən qazandım. Lakin mən iddialı insanam və klub rəhbərliyi də eyni dərəcədə iddialıdır. O da komandasını Azərbaycan futbolunun zirvəsində görmək istəyir. 2-3 ilə bu mümkün olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30