24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Heç bir rəqib qələbəni hədiyyə etmir”

Latviyanın U-19 yığmasının baş məşqçisi Vladimirs Babiçevs millimizlə penaltilər seriyasında uduzduqları oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, Babiçevs oyunda dönüş nöqtəsi olaraq hesabın bərabərləşməsini göstərir: “Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlər verirəm. Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim. Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir. Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penalti seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30