24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Bakı” hazırlığa start verdi

Qış tətilini başa vuran “Bakı” bu gün bir araya gəlib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, plana əsasən komanda iki məşq keçib. Əvvəlcə saat 11:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Mario Fernandes rəhbərlik edib.

Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək onları meydanboyu qaçırdıb. Birsaatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra edib. Bununla da “Bakı” yeni ildə ilk məşqini başa vurub.

Saat 15:00-da isə futbolçular trenajor zalında çalışıb.

Xatırladaq ki, “Bakı” yanvarın 11-də İspaniyaya təlim-məşq toplanışına yola düşəcək. Yanvarın 26-na kimi İspaniyanın Marbelya şəhərinin “Quadalmina” otelində məskunlaşacaq komandamızın bu müddətdə 4 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulur. Sınaqçı-rəqiblərin adları yaxın günlərdə dəqiq bilinəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30