20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tsxadadzenin imtina etdiyi futbolçu: “İstədim-istəmədim mövsümün sonuna kimi “İnter”dəyəm”

“Hazırda Bakıdayam. Formadan düşməmək üçün “İnter”in əvəzedici komandasında gündə iki dəfə məşq edirəm”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri millimizin sabiq üzvü Elhad Nəziri deyib.

Baş məşqçi Kaxaber Tsxadadzenin qərarına əsasən “İnter”lə birgə Antalyaya təlim-məşq toplanışına aparılmayan gənc müdafiəçi mövsümün sonuna kimi “bankirlər”dən ayrılmayacağını bildirib: “Əsas komandadan kənarda qalmağıma baxmayaraq, başqa kluba keçməyəcəyəm. İstədim-istəmədim mövsümün sonuna kimi “İnter”dəyəm. Qaydalara əsasən mövsüm ərzində 2-dən artıq klubda oynamaq olmaz. “İnter” isə mənim cari mövsümdə artıq ikinci komandamdır. FİFA-nın qanunlarına əsasən məcburən mövsümü “İnter”də başa vurmalıyam. Əlbəttə, qaydalarn imkan versəydi, başqa kluba keçərdim. Oynamadığım yerdə niyə qalmalıyam ki?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30