Ölkə futbolu
Samir Abasov: “Bizim əsəblərimizlə oynadılar”
Azərbaycan Premyer Liqasında 3-cü tur çərçivəsində “Neftçi” öz meydanında “Turan Tovuz”a uduzub - 1:0.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Komandanız niyə qol vura bilmir?
- Epizodlar yaratdıq. Təəssüflər ki, bəxtimiz də gətirmir. Əvvəlki matçlarda da belə idi. Digər matçlara baxanda, bu gün başqa "Neftçi" var idi. Çox ritmli və dinamik idik. İlk dəqiqədən bəlli idi ki, komandanın niyyətinin nə olması. Qol buraxdıqdan sonra da təzyiqi davam etdirdik. Futbolçular çox istəyirdilər ki qol vuraq, udaq. İkinci hissədə qırmızı vərəqə ilə planlar pozuldu. 10 nəfər qaldıqdan sonra da müdafiəçilər soyuqqanlı və məharətlə oynadılar. Qapımızda epizod görmədən, uduzduğumuz oyun oldu. Futbolçulara təşəkkür edirəm. İstəyə və dinamikəyə görə. Səhvlər olacaq, tələskənlikdən irəli gələn səhvlər olacaq. Başa düşürük. Yaxşı işlər etməyə qadirik. Bu siqnalı futbolçulardan gördüm.
- Erkən qol planlarınızı nə qədər pozdu? Buraxılan qolda qapıçınızın səhvi var idi. Onu cəza gözləyir?
- Rəqibə epizod vermirdik. Bu da üzərində durduğumuz məqam idi. Reallıqda, qapıçının səhvi var. Amma bir səhvlə onu silmək, nəsə fikir bildirmək istəmirəm. Digər oyunçular da, hamımız Kənanın yanındayıq. İnanıram ki, təcrübəsi, digər liqalardakı performansını bizdə də edəcək. İşimiz bu dəqiqə oyunçu cəzalandırmaq deyil.
- Piriç Superliqada 34 oyuna 67 qol buraxıb. Bu mövsüm də hər iki oyununuzda səhvi var idi... Növbəti oyunlarda da Piriçə görə xallar itirilə bilər?
- Düşünmürük. İstəmirəm ki, ayrı-ayrılıqda futbolçuların üzərində duraq. Hansısa futbolçunun səhvindən udacağıqsa... Hər bir adam səhv edə bilər. Əsas odur ki, futbolçunu qoruyaq. Necə ki, qoruyuruq. Superliqadan qapıçı gətirmək asan iş deyil. "Neftçi" bunu etdi. "Antalyaspor"u çox analiz etmisiz ki, bu qədər məlumatım yoxdur.
- İndiki məqamda nədir sizi məmnun edən?
- Bugünkü oyun bizim üçün siqnal və ümiddir. Bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskiklik var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram.
- Qırmızı vərəqə epizodu və Sambunun epizodları nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?
- Onun hansı səviyyədə referi olması hamıya bəllidir. Bugün oyunda referilərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya edirlər. Bilmirəm nə. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqə haqlı idi? Rəqib bizi provakasiyaya çəkir. Ribeyronun ixtiyarı yoxdur ki, provakasiyaya cavab verisn. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir.
- "Neftçi" xallar itirməyə davam edir. Qorxmursuz ki, istefanıza səbəb ola bilər?
- Ola bilər. Futboldur.
- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar. Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...
- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə. Bütün məşqçilər təbrik edib? Təbrik edən məşqçilərin qrupunda mən yoxam. Təbrik edirəm "Qarabağ"ı.
- "Turan Tovuz" əvvəlkilərə nisbətdə hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir. Ya da futbolçuların səviyyəsi o deyil...
- Məşqçi taktikası, hər şeyə cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələ.. Qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab vermərəm. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi.
- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiniz...
- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alsaq ki, üç o boyda müdafiəçiləri var. Başla oynayırlar. Bu da anlaşılmazlıq olar. Rəqibdə 1.50-lik müdafiəçiləri də olsaydı, bizim oyun üslubu tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsə, oyunda başqa şey tələb etmək..Bu sualla, futbolçunu da yolundan çıxarmış oluruq. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:53
“Araz-Naxçıvan” uduzdu, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
09.10.2026
08.10.2026
07.10.2026
























