19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ" ilin ilk məşqinə kapitansız çıxdı

“Qarabağ” məşqlərə başlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Antalyada təlim-məşq toplanışının ilk günündə komanda2014-cü ilin ilk məşqinə çıxıb. “Qarabağ” məşq üçün məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasına yollananda saatlar yerli vaxtla 11:00-i (Bakı vaxtıyla 13:00) göstərirdi. Məşqə başlamamışdan öncə baş məşqçi Qurban Qurbanov futbolçularla qısaca söhbət edib, hazırlıq dönəmində yaxşı çalışmağın vacibliyini vurğulayıb. Ardınca təxminən 90 dəqiqə davam edən məşq başlayıb. Komandanın texniki heyəti futbolçuları çox da yükləməyib. Daha çox qaçışla və bərpaedici xarakterli məşqdə əməliyyat sonrası bərpa prosesi keçən Rəşad Sadıqov iştirak etməyib. Komandanın 2-ci məşqi yerli vaxtla 17:00-a təyin olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30