19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əliyar Ağayev idarə etdiyi oyunda kimin fərqlənməsindən xəbərsizdi

 

"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində bazar günü "Sumqayıt”la qarşılaşdı. Futbolxeber.az-ın məlumatına görə, "Bayıl Arena”da keçirilən oyun bir sıra maralı məqamları ilə yadda qaldı.
 
İlk öncə "Rəvan”ın ikinci mövsümünü keçirdiyi Premyer Liqada ilk dəfə ardıcıl 3 qələbə qazandığını qeyd etməliyik. İndiyə qədər komanda elitada 5 dəfə dalbadal 2 oyunda 3 xala sevinsə də, 3-cü görüşdə büdrəmişdi. Ancaq bu, klub tarixində ən uzun qələbə seriyası deyil. Belə ki, 2010/11 mövsümündə - "Rəvan” I divizionda çıxış edərkən 5-13-cü turlar ərzində, 2010-cu ilin 3 oktyabr – 5 dekabr tarixləri aralığında ardıcıl 9 qələbə qazanmışdıq. 14 oyundu heç-heçə etməyən komandanın Premyer Liqa matçlarında ilk dəfə ardıcıl 2 oyunda böyükhesablı qələbə qazandığı da xüsusi vurğulanmalıdır.
 
Əvəzedicələrdən ibarət komandanın üzvü Əli Əliyevin əsas komandada debüt etdiyi görüşdə son nöqtəni qoyan Samuel Barlay isə klub tarixinə düşdü. Belə ki, syerra leoneli yarımmüdafiəçi 1-ci uzatma dəqiqəsində fərqlənməklə həm cari mövsüm ilk qolunu vurdu, həm də yubileyini qolla qeyd etdi. Axı bu matç onun üçün Premyer Liqada "Rəvan” forması ilə 50-ci görüş idi. Qeyd edək ki, o, yalnız elita oyunları nəzərə alınmaqla "uçan aslanlar”ın heyətində 50 oyuna çıxmış ilk futbolçu oldu. Kapitan Tural Axundovda və artıq komandadan ayrılmış Miloş Zeçeviçdə isə bu rəqəm 49-a bərabərdir. Qeyri-adi heç nə baş verməsə, "Kəpəz”lə növbəti oyunda Tural da 50-yə çatacaq.
 
"Rəvan”ın ilk qolunun müəllifi olan Mindauqas Kalonas qış fasiləsindən sonra çempionatda 6-cı qolunu vurdu. Martın ən yaxşı futbolçusu seçilməyə real namizəd olan litvalı pleymeykerlə bu mənada yalnız "Bakı”nın əsas qolçusu Marius Pena və "Neftçi”nin vuran ayağı Nikolas Kanales rəqabət aparırı. Onlar da 2013-cü ildə Premyer Liqada 6 dəfə fərqlənib. Əsas qol ümidi Xuan Manuel Varea, Nildo (AZAL) və Riçard Almeyda (Qarabağ) isə 5 dəfə rəqib torunu silkələyib.
 
Oyunun maraqlı məqamlarından biri də ikinci qolla bağlıdır. Çünki topa son toxunan Tofiq Mikayılov olsa da, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qolu ötürmə verən Miloş Adamoviçin adına yazıb. Belədə Tofiqin 11 oyun sonra qol müəllifi olmaq arzusu reallaşmayıb. Əvəzində Adamoviç dalbadal 3-cü oyunda fərqlənməyi bacaran 3-cü futbolçu olmaq üçün real şans qazanıb. Axı o, öncəki tur "Turan”ın da qapısına yol tapmışdı. İndiyə qədər Nemanya Vidakoviç (28 aprel – 12 may 2012-ci il) və Mindauqas Kalonas (9 – 22 fevral 2013-cü il) dalbadal 3 oyunda fərqlənə bilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30