Ölkə futbolu
Tahir Gözel: “Qələbədən çox bunu necə əldə etmək önəmlidir”
“Qarabağ”ın prezidenti Tahir Gözel komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş” üzərində Macarıstandakı əzmkar qələbəsini (3:1) stadiondan canlı izləyib.
Futbolxeber.az saytının məlumatına görə, o, qarşılaşmanın ardından matçla bağlı təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb. T.Gözel “Qarabağ”ın bu mövsüm turnirin Liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib: “Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Liqa mərhələsində iştirak edəcək 28 komanda artıq bəllidir. Digər 8 yerdən 5-i isə Çempionlar yolunda yarışan klubların mübarizəsindən sonra müəyyənləşəcək. Artıq pley-offdayıq. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə yolunda son 10 komanda arasındayıq və 5 yerə namizədlərdən biriyik. Hər zaman olduğu kimi, bu gün də komandamın yanında idim. Bugünkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik”.
O, müxtəlif ölkələrdən Macarıstana yollanaraq “Ferensvaroş” stadionunda çempionumuzu dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib: “ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn azarkeşlərimiz bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli fanatlardan heç də geri qalmadı, hətta bəzən onları üstələdi, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu “Qarabağ”a hər zaman əlavə motivasiyadır”.
Klub prezidenti “Qarabağ”ın üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib: “Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. Birinci hissədə bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir”.
Tahir Gözel matçda son nöqtəni qoyan Musa Qurbanlının qoluna xüsusi sevindiyini sözlərinə əlavə edib: “Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsində “Bodo-Qlimt”ə vurduğu qolun ötən mövsümün turnirdə ən ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın “Youtube” səhifəsində 3 milyondan çox insan izləmişdi”.
Səfərdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, klub prezidenti arxayınlaşmaq üçün erkən olduğunu düşünür. O, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb: “İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. Təəssüf ki, işgüzar səfərdə olacağım üçün avqustun 27-də Bakıda keçiriləcək cavab matçını televiziyadan izləyəcəyəm. İnanıram ki, komandamız bu turnirin Liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Şəfa” darmadağın oldu
- Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
- Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
- Basketbol millimizin rəqibləri müəyyənləşib
- Sevinməyin adamına görə dəyişməkliyi
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Sevincin hipertrofiyası
- "Neftçi" qələbə qazanıb
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”
- Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib
-
19:00
II Liqa: Liderlərin qarşıdurmasında qalib aşkarlanmadı
-
18:44
“Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkü atılıb
-
17:55
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
-
17:38
"Fənərbaxça"da prezident seçkilərinin vaxtı bilindi
-
16:27
Luka Modriç əməliyyat olunub
-
15:43
"Prezident Kuboku 2026": Komandaların rəsmi paradı keçirilib
-
15:01
“Bakı Marafonu 2026”da 25 min iştirakçı yarışacaq
-
14:16
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
-
13:52
“Qarabağ” 700-ə çatdı
-
13:39
“Mançester Yunayted”dən çətin qələbə VİDEO
-
13:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:40
Medina “Qarabağ”da 200-cü oyununu keçirdi
-
12:15
“Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
-
11:38
“Zirə”nin hücumçusunun 60-cı qolu
-
11:07
"Latsio" - "Udineze": son 15 dəqiqədə triller VİDEO
-
10:53
"Sumqayıt"ın yubiley qələbəsi
-
10:41
“Neftçi” - “Qarabağ” oyununda son 15 mövsümün rekordu
-
10:26
"Trabzonspor" Konyada xalsız qaldı VİDEO
-
10:12
Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib
-
09:59
"Atalanta” səfərdə məğlub oldu VİDEO
-
09:44
“Fənərbaxça” Tedeskonu istefaya göndərdi
-
09:30
"Beşiktaş"dan gözlənilməz xal itkisi VİDEO
-
22:37
Füzuli Məmmədov: "Qırmızı vərəqə oyuna çox təsir etdi"
-
21:51
Tovuzda heç-heçə, “Karvan-Yevlax”ın qələbə seriyası qırıldı
-
21:48
"Turan Tovuz" qələbəni əldən verdi VİDEO
-
21:23
Berdiyev: “Gənc oyunçu əsas komandada oynamaq şansını özü qazanmalıdır”
-
21:00
Rəşad Sadıqov: “Turan Tovuz”la səfər oyununda 1 xal yaxşı nəticədir”
-
18:14
“Neftçi” - “Qarabağ” oyununun biletləri satışda
-
17:32
Millimiz Qazaxıstana qalib gəldi
-
17:06
Naxçıvanda cüdoçular üçün kəmər imtahanı təşkil olunub
-
16:41
Azərbaycan avarçəkmə üzrə Dünya kuboku səviyyəsində yarışa ev sahibliyi edə bilər
-
16:29
“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verilib FOTOLENT
-
15:58
Millimiz Monteneqroya yollanıb
-
15:30
AMADA “Təmiz idman praktikada” adlı beynəlxalq forumda təmsil olunub
-
15:17
I Liqada hakim təyinatları açıqlandı
-
14:43
"Vilyarreal"ın qələbəsi VİDEO
-
14:25
Cüdo millimiz Avropa Kubokunda birinci oldu
-
13:04
Cəlal oynadı, komandası uduzdu
-
12:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:36
Karate üzrə şotokan dünya çempionatında 7 medal
-
12:17
"Milan" - "Yuventus" matçında qalib aşkarlanmadı VİDEO
-
11:49
Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
-
11:21
"Borussiya"dan darmadağın VİDEO
-
11:08
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
-
10:53
"İnter" qələbəni əldən verdi VİDEO
-
10:30
Musa Qurbanlı: “Biz həm “Neftçi”yə, həm də azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq”
-
10:15
Azərbaycan boksçularından tarixi nəticə
-
10:02
Seyidov het-trik etdi, "Dinamo" darmadağına sevindi VİDEO
-
09:44
Güləş millimiz 6-cı dəfə Avropa çempionu oldu
-
09:26
Derbini "Qalatasaray" qazandı VİDEO
28.04.2026
27.04.2026























