Ölkə futbolu
“Ağıllı insanlar üçün futbol çox rahat oyundur” (Müsahibə)
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edən 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandasının və “Bakı” klubunun yarımmüdafiəçisi Mahir Mədətov affa.az saytına müsahibə verib.
- Turnir barədə təəssüratların necədir?
- Bu turnir komandamız üçün hazırlıq baxımından əla şansdır. Çünki bu yaş qrupunda olan futbolçular ilk dəfədir yığmada bir yerə yığışır. Düzdür, bu yarışa qədər Bakıda təlim-məşq toplanışında olmuşduq. Lakin komandamızın nəyə qadir olması məhz belə turnirlərdə özünü göstərir. Əsas məqsədimiz qarşıdakı Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etməkdir.
- İlk qarşılaşmada yarımmüdafiənin sol cinahında çıxış edirdin. Demək olar ki, komandamızın bütün hücumları da məhz həmin mövqedən başlayırdı. Lakin Çexiya ilə qarşılaşmada mövqeyini dəyişmişdin…
- Əslində, Çexiya yığması ilə qarşılaşmaya da sol cinah yarımmüdafiəçisi kimi başladım. Lakin sonradan məşqçinin qərarı ilə mövqeyimi dəyişdim. Sol cinahda əsas işim rəqibin cərimə meydançasına daha çox asmalar etmək idi. Baş məşqçimiz Çexiya yığması ilə görüşdə məni sağ cinaha keçirməklə qapıya daha çox zərbələr vurmağımı istədi. Mövqeyimin dəyişməsi komandamızın məğlubiyyətinə səbəb ola bilməz. Çünki komanda bir futbolçudan ibarət deyil. Lakin etiraf edim ki, yunanlarla oyunda göstərdiyim əzmkarlıq məni bir qədər yormuşdu. Buna görə də Çexiya ilə qarşılaşmada istənilən oyunu nümayiş etdirə bilmədim. Halbuki bu qarşılaşmada qələbə qazanmağı daha çox istəyirdik. Sadəcə, oyunumuz alınmadı.
- Bir qədər də klubdakı çıxışın barədə. Yayda “Portu”ya keçidin barədə xəbərlər yayılsa da, keçid reallaşmadı…
- Bu işlərlə “Bakı” klubunun rəhbərliyi məşğul olurdu. Mənim işim isə, sadəcə, onlardan cavab gözləmək idi. Sonradan mənə “Lans”a gedəcəyim barədə xəbər verdilər. Bu turnirdən sonra məsələnin reallaşacağı gözlənilir.
- “Lans”ın əsas komandasında oynayacaqsan?
- Bəli.
- Amma “Bakı”da əvəzedici komandada çıxış edirsən…
- Düzdür, “Bakı”da əsas komandada çıxış etməsəm də, onlarla birgə məşq edirəm. Əsas komandanın futbolçularından çox şey öyrənirəm.
- Etiraf edək ki, “Lans” kimi klubun əsas heyətinə düşmək o qədər də asan deyil…
- Məncə, hər bir çətinliyin öhdəsindən gəlmək olar. Bunun üçün istək lazımdır. Çox xoşum gələn bir deyim var: “Ağıllı insanlar üçün futbol çox rahat oyundur”.
- “Lans”ın oyunlarını izləmisənmi?
- Oyunlarının videoyazılarını izləmişəm. Bu komandada daha çox fiziki güc tələb olunur. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
23:41
Azərbaycan güləşçisi Avropa çempionu olub
-
21:25
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
-
18:52
"Şəfa"dan növbəti transfer
-
16:14
Şahin Diniyev üçün əlamətdar gün
-
15:38
Dünya çempionatı: güləş millimizin ilkin heyəti açıqlanıb
-
15:09
"Qarabağ"dan ayrılan futbolçu klubuna yenə lazım olmadı
-
13:47
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
-
11:23
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
-
10:56
Makqreqordan uğursuz qayıdış
-
10:31
“Qarabağ” "Partizan"ın müdafiəçisini transfer edir
-
10:15
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
DÇ-2026-da yarımfinal cütləri
-
09:44
Bellingemin dublu İngiltərəyə qələbə qazandırdı VİDEO
-
09:30
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
22:41
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
-
21:25
Qadın güləşçimizdən tarixi uğur
-
20:59
“Şamaxı”dan yeni qapıçı transferi
-
19:33
Qadın basketbolçularımız Rumıniyanı məğlub edib
-
18:06
Əvəzedicilər Liqası 21 avqustda start götürəcək
-
17:17
Azərbaycan Basketbol Liqasının yeni mövsüm oktyabrda başlayacaq
-
16:42
"Karvan-Yevlax"dan getdi
-
14:24
Vernidub: “Konfrans Liqasının qrupuna düşməyi çox istəyirəm”
-
13:58
Mahir oynadı, “Kayzerslautern” qalib gəldi
-
13:31
Amil Həmzəyev “Neftçi”dən ayrılıb
-
13:00
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA
-
11:49
Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
-
11:25
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
-
10:53
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlandı
-
10:36
"Neftçi"nin qələbəsi FOTOLENT
-
10:12
İspaniya - Belçika matçında 3 qol VİDEO
-
09:47
Lamin Yamal rekorda imza atıb
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
00:58
DÇ-2026: İspaniya yarımfinalda
-
23:15
“Araz-Naxçıvan” məşqlərə başladı
-
22:59
Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”
-
21:24
"Neftçi"dən böyük hesablı qələbə
-
20:49
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
-
18:33
“Mançester Siti”dən qapıçı transferi
-
18:07
Şahmat Olimpiadasında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
-
17:52
Azərbaycan çempionunda yeni müqavilə
-
16:41
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
-
16:25
“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi
-
15:58
“Karvan-Yevlax”da yeni baş məşqçi
-
15:30
Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
15:16
Zubir Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolunu vurub
-
14:49
“Şəfa" fransız yarımmüdafiəçi ilə gücləndi
-
14:24
Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
-
14:03
Ramalinqomun yeni klubu müəyyənləşdi
-
13:37
İsgəndərlinin komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
-
13:12
“Sumqayıt”ın yeni baş məşqçisi klubun infrastrukturu ilə tanış olub FOTOLENT
12.07.2026
11.07.2026
10.07.2026























