18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram"

"Qəbələ"nin Antalya toplanışına əvəzedici heyətdən iki futbolçu - Şirməhəmməd Məmmədov və Salman İbrahimov da cəlb edilib. Futbolxeber.az-ın məlumatına görə, artıq 2 gündür qardaş ölkədə hazırlıq keçən "qırmızı-qaralar"ın əsas heyəti ilə məşqlərə çıxan gənc futbolçular çalışqanlıqları ilə komanda yoldaşlarından geri qalmırlar. Əvəzedicilər çempionatında müdafiə xəttindəki inamlı oyunu ilə diqqət çəkən Şirməhəmməd Məmmədov gabalafc.az-a açıqlamasında əsas komanda ilə məşqlərə çıxmağın sevindirici və eyni zamanda məsuliyyətli olduğunu söylədi. Müdafiəçi ona verilən şansı lazımınca dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi:
"Əvəzedici komandanın heyətində özümü doğrulmaq üçün hər zaman səylə çalışmışam. Bu səbəbdən əsas komandanın məşqlərinə dəvət alacağıma ümid edirdim və inanırdım bu yaxın vaxtlarda baş tuta bilər. Sevindirici haldır ki, bu arzum reallaşdı. Artıq komanda ilə məşqlərdə iştirak edirəm. Amma çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram. Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam. İlk məşqdə nisbətən həyəcanlı idim. Amma təcrübəli komanda yoldaşlarım və məşqçilər mənə dəstək olurlar. Bu da meydançada özümü rahat hiss etməyə yardım edir".
Xatırladaq ki, 18 yaşlı futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 14 yaşından Qəbələdə futbolun sirlərinə yiyələnir. 15 yaşından etibarən aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan Şirməhəmməd hazırda U-19 yığmasının üzvüdür. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30