25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Güvənç Kurtar: “Əgər “Rəvan”da işim uğurlu olarsa...”

“Türkiyəyə qardaş ölkə olan Azərbaycana əvvəllər də gəlib-getmişəm. Burada özümü vətənimdəki kimi hiss edirəm. Bu duyğu da komandanın qurulmasında böyük əhəmiyyət kəsb edir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın yeni baş məşqçisi Güvənç Kurtar deyib.

Paytaxt klubunu artıq ilk məşqə çıxaran türkiyəli məşqçi qardaş ölkə mətbuatına verdiyi müsahibədə daha əvvəl də Azərbaycan çempionatını izlədiyini bildirib: “Azərbaycan futbolunu, çempionatını izləyirdim. Hələlik 1 illik anlaşma imzalamışıq. Əgər bu klubda işim uğurlu olarsa, müqaviləm uzadılacaq. Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Burada futbolçu yetişdirmək istəyirəm. Aşağı yaş qruplarına da önəm verəcəyəm. Milli komandaya da kömək edəcəyik. Bunların hamısını başımda planlaşdırmışam. Klub prezidenti və idarə heyəti ilə çox yaxşı anlaşaraq çalışırıq”.

Kurtar Türkiyədən oyunçu transfer edəcəklərini də istisna etməyib: “Türkiyədən futbolçu transfer edə bilərik. Lakin orada klubların maliyyə durumu daha yaxşı olduğundan türk oyunçular Azərbaycana üstünlük vermir. Əsas Azərbaycanda futbolçu yetişdirməkdir. Burada gənc futbolu yetişdirmək və hazırki oyunçuları daha yaxşı səviyyədə qaldırmaq bizim üçün daha faydalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30