Ölkə futbolu
Rəşad Sadıqov: “Bu mövsüm ikinci yer yox, altılığa düşmək belə çətin olacaq”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünən “Şamaxı”ya qarşı keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Çempionat öncəsi son yoxlama oyununu keçirdiniz. Komandanızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Bizim üçün mövsüm avrokuboklarla başladı. Nə dərəcədə hazır olduğumuzu görürük. Siz də kənardan bunu müşahidə edirsiniz. Düşünürəm ki, komandamız çempionata hazırdır. Yeganə problem odur ki, çoxsaylı zədəlilərimiz, itkilərimiz var. “Şamaxı” ilə oyunda 2 futbolçumuz da zədələndi. Bu, çox məyusedici oldu. İlk oyunumuza hələ 9 gün var. Avqustun 18-də “Araz-Naxçıvan”la qarşılaşacağıq. Rəqib favoritlərdən biridir. Buna görə ciddi hazırlaşacağıq. Könül istərdi ki, fərqli rəqiblə qarşılaşaq.
- Hücumçu mövqeyinə yeni transfer nəzərdə tutulub?
- Xeyr, nəzərdə tutulmayıb.
- “Şamaxı” ilə matçda zədələnənlərin son durumu necədir?
- Abdul Batibienin zədələnməsi bizi çox üzdü. Sabahkı (bugünkü - red.) müayinədən sonra durumu bilinəcək. Elçin Əlicanov yeganə sağlam stoperimiz idi, o da zədələndi.
- Bəs köhnə zədəlilər çempionatın startına qədər hazır olacaqlar?
- İssa Cibrila zədəli-zədəli “Hayduk”la oyunu davam etdirdi. Çünki əvəzetməmiz yox idi. Till və Konatenin da zədələri hələ ki davam edir. Eləcə də Ruan Renatonun 2 gün əvvəl məşqdə burnu qırıldı, gözlənilməz bir zədə oldu.
- Ruan əməliyyat olunacaq?
- Yox, gips qoyublar. Bir müddət məşqlərdən kənarda qalacaq.
- Mətbuatda “Zirə”də maliyyə problemi olduğu barədə xəbərlər yayılıb. Bildirilir ki, buna görə istədiyiniz transferləri reallaşdırmaqda çətinlik çəkirsiniz. Bu, nə dərəcədə doğrudur?
- Ümumiyyətlə, bizim futbol cameəmizdə yerli-yersiz müzakirələr aparılır. Bu oyunçu niyə alınmadı? Daha yaxşı transfer oluna bilərdi və s. Biz bütün klublarımızı yaxşı tanıyırıq. Hamısının da strategiyasını bilirik. Bizim də öz strategiyamız var və eyni strategiyanı davam etdiririk, eyni seleksiyadır, eyni səviyyəli futbolçulardır. Bu il də hansı mövqelərə futbolçu lazım idisə, transfer etmişik. Əvvəl imkanlarımız necə idisə, indi də eynidir. Sadəcə heç kim əvvəl buna diqqət yetirmirdi, yaxud fikir vermirdi. Biz əvvəl də daha çox özümüzdən geridə olan klublardan oyunçu almışıq. Xatırlamıram ki, iddialı komandadan hansısa iddialı futbolçu transfer edək. Dediyim kimi, eyni strategiyanı davam etdiririk. Dəyişən bir şey yoxdur. Hər hansı xüsusi problem mövcud deyil.
- Razısınız ki, son iki mövsümdə gümüş medal qazanan “Zirə”nin bu dəfə də eyni nəticəni təkrarlaması çətin olacaq?
- İki il əvvəl də çətin idi. Keçən mövsümün əvvəlində də kimsə bizim ikinci olacağımızı proqnozlaşdırmırdı. Yenə də ola bilsin bizə inam azdır. Vacib olan komandanın hazırlığıdır, yarış boyu göstərəcəyi performansdır. Daha çox öz haqqımızda düşünürük, nəinki rəqiblər. Bu mövsüm təkcə ikinci yer yox, altılığa düşmək belə çətin olacaq. Çünki bütün komandalar iddialıdır - “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sumqayıt”. Görürük ki, “Şamaxı” bu gün necə gözəl çıxış edir. Hər oyun gərgin mübarizə şəraitində keçəcək. Proqnoz vermək çətindir. Yeganə narahatçılıq doğuran məsələ meydançalardır. Biz də gündəmi, mətbuatı izləyirik. Bilirik ki, meydança baxımından müəyyən problemlər var. Çempionatın keyfiyyətinə və gedişatına təsir edən meydançalar olacaq.
- Siz daha əvvəl də süni meydançalarla bağlı narahatlığınızı ifadə etmisiniz. İndi isə məlum olur ki, yeni mövsümdə süni meydançadakı oyunların sayı azalmaq əvəzinə daha da artır...
- Elədir. Yeni gələn iki komanda da süni qazonda oynayacaq. Açığı, bu məqam bizi çox narahat edir. Hansısa klubların öz meydançasında oynamaması bir yana, digər məsələlər də var. Məsələn, elə komanda var ki, bəzi rəqiblərlə səfərə getməyəcək. Biz isə iki dəfə gedəcəyik. Xüsusən də Gəncə və Tovuza 4 dəfə gedəcəyik. Halbuki elə komanda var ki, ora yollanmayacaq. Bunun rəqabətə çox təsiri olacaq. Hamımız bilirik ki, Gəncə və Tovuz səfərləri necə çətindir. Bəzi komandalar isə ora səfərə getməyəcək.
- Namiq Ələsgərovun transferini necə dəyərləndirirsiniz?
- Namiq iki ay məşqlərdən kənar qalıb, zamana ehtiyacı var. Hələ ki fərdi məşq edir. Yəqin ki, gələn həftə kollektiv çalışmalara qatılacaq. Lakin meydana çıxması üçün hələ tezdir. Yəqin ki, 3 turdan sonra, milli komandaların oyunlarına görə çempionatda yaranacaq fasilədən sonra hazır olacaq.
- Rafael Utziqlə bağlı yenilik var?
- Xeyr, daha əvvəl də demişdim, Rafael hazırlığa gec qoşulduğu üçün cərimələnib. Eyni zamanda 4 həftəlik əvəzedici heyətə göndərilib. Hər hansı bir dəyişiklik yoxdur.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- “Səbail”də yeni sponsor?
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Kölgədə qalmaq
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- “Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
- Millimiz yenə qazaxlara uduzdu
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
-
12:35
Olise “Bavariya”ya qələbə qazandırdı VİDEO
-
11:48
"Yuventus" 12-ci saniyə qolu ilə qalib gəldi VİDEO
-
11:27
Millimizin üzvü üçün 90 dəqiqə
-
10:54
"Trabzonspor" səfərdə "Beşiktaş"ı məğlub etdi VİDEO
-
10:39
Cüdoçularımızdan Avropa Kubokunda 5 medal
-
10:12
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:00
Emil Mustafayev: “Avrokuboklara yollanmaq üçün “Sumqayıt”ın hər şeyi var idi”
-
09:46
"Qalatasaray" çempionluğunu belə rəsmiləşdirdi VİDEO
-
09:31
"Neftçi" "Şamaxı"ya, "Turan Tovuz” "Karvan-Yevlax"a qarşı
-
08:21
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır
-
23:25
"Sumqayıt" avtoqolla sevindi VİDEO
-
23:13
“Sumqayıt”ın məşqçisi: “Xarakter göstərdik”
-
22:51
“Qalib gəlmək üçün ölməlisən”
-
22:00
FİFA-dan “Qarabağ”a da transfer qadağası
-
21:29
“Qarabağ” xal itirdi, “Sumqayıt” sonda sevindi
-
20:47
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
-
20:16
Qəbələdə qalib aşkarlanmadı VİDEO
-
19:59
Sxadadze: “Vacib 1 xal qazandıq”
-
19:32
Qurbanov: “Nəticə oyuna görə idi”
-
19:00
"Böyük Dəbilqə": cüdoçularımız günü medalsız başa vurdular
-
18:54
“Zirə”nin hücumçusu 200-ə çatdı
-
14:28
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
-
14:15
Roland Hofer: “Çox xoşbəxtəm ki, yenidən Azərbaycana qayıtmışıq”
-
13:47
Sahib Ələkbərov: “5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçəcək”
-
11:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:36
Cəlal Hüseynov 90 dəqiqə meydanda oldu
-
10:21
“Borussiya” - “Ayntraxt” matçında 5 qol VİDEO
-
09:59
Tiaqo Silva: “Heç kim düşünməsin ki, “Zirə” oyunu penaltilərə daşımağa çalışacaq”
-
09:42
Mahir qayıtdı, “Kayzerslautern” qalib gəldi
-
23:00
“Neftçi”yə tətbiq olunan transfer qadağası aradan qaldırıldı
-
21:25
"Zirə" Qubada vacib 2 xal itirdi
-
19:53
"İmişli" - "Zirə" oyununda qalib aşkarlanmadı VİDEO
-
19:31
"Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq"
-
18:28
AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
18:14
"Böyük Dəbilqə": Cüdoçuları ilk günü medalsız başa vurublar
-
17:45
İntizam Komitəsi I Liqa klublarının futbolçularını cəzalandırdı
-
17:27
Azərbaycanın 28 güləşçisi qitə birinciliyində yarışacaq
-
16:59
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
-
16:40
AFFA-dan “Qarabağ”a ümumilikdə 20 oyun cəza, 71 500 manat cərimə
-
16:31
Dünya Seriyası: "Neftçi" yarımfinalda uduzub
-
16:18
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
16:02
PFL-in çempionluq sevinci FOTOLENT VİDEO
-
15:46
Azərbaycanın çimərlik güləşçiləri Vyetnamda yarışacaqlar
-
14:53
I Liqada 26-cı turun oyunlarının başlama vaxtı açıqlandı
-
13:37
Futzal üzrə birinci liqada çempion müəyyənləşdi
-
13:15
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
-
13:00
Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, finalda sevinən tərəf olaq”
-
12:49
AMADA və Milli Məclisin Gənclər və idman komitəsi yeni Antidopinq Məcəlləsini müzakirə edib
-
12:21
Azərbaycan Kuboku: 30 final, 289 463 tamaşaçı
-
12:08
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord müraciət
10.05.2026
09.05.2026
08.05.2026























