Ölkə futbolu
Azərbaycanlı futbolçu: “Eysebio ilə konyak və çay içdim”
AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov yanvarın 5-də dünyasını dəyişmiş məşhur portuqaliyalı futbolçu Eysebio barədə xatirələrini bölüşüb. Azərbaycanın 84 yaşlı veteran futbolçusu Lent.az-a açıqlamasında Mozambik əsilli hücumçu ilə yaşıl meydanda 1989-cu ildə üz-üzə gəldiyini bildirib.
Ə. Məmmədovun sözlərinə görə, bu, SSRİ yığmasının və Moskva “Dinamo”sunun mərhum qapıçısı Lev Yaşinin 60 illik yubileyi münasibətilə təşkil olunmuş matça təsadüf edib. Avqustun 10-da baş tutmuş oyunda “Dinamo” ilə dünyanın veteranlardan ibarət komandaları üz-üzə gəlib: “Bu görüşdə mən Eysebioya qarşı çıxış etdim. 2:1 hesabı ilə öndə olduğumuz vaxt o, güclü zərbə ilə matçın son nəticəsini təyin etdi – 2:2. Oyundan sonra ziyafət təşkil olundu. Həmin ziyafətdə mən Eysebio ilə konyak və çay içdim. Mənə verilən dünya yığmasının vımpelinə o da imza atdı”.
İngiltərədə keçirilmiş 1966-cı il dünya çempionatında isə veteran futbolçumuz portuqaliyalı ulduzun oyununa canlı tamaşa edib. Həmin mundiala Ə. Məmmədov 13 nəfərlik nümayəndə heyətinin tərkibində fəxri qonaq qismində qatılıb. Həmyerlimiz 48 il öncə keçirilmiş çempionatda Eysebionun çıxışını belə xatırlayır: “İyulun 28-də “Uembli” stadionunda 87 min tamaşaçının izlədiyi 3-cü yer uğrunda görüşdə SSRİ və Portuqaliya yığmaları üz-üzə gəlirdi. İlk qolu görüşün əvvəllərində penaltidən məhz Eysebio vurdu. Portuqaliya millisi matçı 2:1 hesablı qələbə ilə başa vuraraq, tarixində ilk və yeganə dünya “bürünc”ünə sahib çıxdı. Bu qarşılaşmada mərhum futbolçumuz Anatoli Banişevski də çıxış edirdi”.
Ə. Məmmədovun sözlərinə görə, həmin dünya çempionatında daha çox 2 nəfər haqqında danışıblar. Bunlardan biri İngiltərə və Almaniya yığmaları arasında keçirilmiş final matçında meydan sahiblərinin futbolçusu Ceffri Herstin əlavə vaxtın 11-ci dəqiqəsində endirdiyi zərbəni qol kimi qeydə almış Tofiq Bəhramov olub. Digəri isə gözəl oyunu və güclü zərbələri ilə seçilən Eysebio imiş. Təsadüfi deyil ki, mərhum forvard 1966-cı il mundialında komandasına tarixi uğur qazandırmaqla yanaşı, 9 qolla bombardir sayılıb.
Veteran futbolçumuzun fikrincə, Portuqaliya yığmasının sabiq hücumçusu heç də Pele və Dieqo Maradonadan zəif deyildi: “Dünya futbolunun bütün dövrlər üzrə ən güclü 5 hücumçusu seçilsəydi, əminəm ki, Eysebio bu siyahıda mütləq yer alardı. O, milyonların qəlbində taxt qurmaqla, sağlığında Lissabondakı “Benfika” klubuna məxsus “Da Luj” stadionunda 50 illik yubileyi şərəfinə ucaldılan abidəni haqq etmişdi. Onun kimi ulduzlar 50 ildə bir dəfə yetişir”.
Eysebio ölümündən təxminən 4 ay öncə Azərbaycan yığmasının “bostanına da daş atmışdı”. O, Portuqaliya yığmasının heyətində daha çox – 47 qol vurmuş Kriştianu Ronaldu ilə müqayisə edilməsini səhv addım adlandırmışdı: “Mən yığmada 64 oyuna 41 qol vurmuşam. Ronaldu isə 100-dən çox oyun keçirib. Həm də mən Lixtenşteyn və ya Azərbaycana qarşı heç vaxt oynamamışam. Belə müqayisələr mənə pis təsir edir. Çünki mənimlə Ronaldunun məhsuldarlığını müqayisə etmək olmaz”.
Ə. Məmmədov isə mərhum futbolçunun yığmamızla bağlı açıqlamalarına münasibət bildirmək istəməyib: “Futbolda Portuqaliya və Azərbaycan yığmalarının hərəsinin öz yeri var. Bu iki komanda arasında müqayisə aparmaq düzgün olmazdı. Eysebionun açıqlamasına isə münasibət bildirmək istəmirəm. Mən dünyasını dəyişmiş insanı dərin hüznlə anıram, belə bir məqamda onun nə deyib-demədiyini müzakirə etmək fikrində deyiləm”.
Qeyd edək ki, Euzebiu da Silva Ferreyra 25 yanvar 1942-ci ildə anadan olub. Mozambik əsilli olsa da, 1961-ci ildə “Benfika” klubunun seleksiyaçıları tərəfindən üzə çıxarılaraq, Portuqaliyaya gətirilib. Elə həmin il o, Portuqaliya millisinə cəlb olunub və bu komandada 12 ilədək çıxış edib. “Benfika”da isə 15 ilədək forma geyinmiş Eysebio 301 matçda 317 dəfə fərqlənib.
Məşhur forvard 1966-cı il dünya çempionatındakı bürünc medalla yanaşı, “Benfika”nın heyətində 11 dəfə Portuqaliya çempionu, 5 dəfə ölkə kubokunun və 1 dəfə Çempionlar Kubokunun qalibi olub. 1954 – 2003-cü illərdə Portuqaliyanın ən yaxşı futbolçusu seçilərək, UEFA-nın 50 illik yubileyi münasibətilə təsis olunmuş mükafata, 1965-ci ildə “Qızıl top”a, 1968 (42 qol) və 1973-cü (40 qol) illərdə “Qızıl buts”a sahib olub. 2 dəfə Portuqaliyanın ən yaxşı futbolçusu, 7 dəfə Portuqaliya çempionatının, 3 dəfə Çempionlar Kubokunun ən yaxşı bombardiri sayılıb.
Eysebio ötən gün ürək tutmasından vəfat edib. Onun cənazəsi dəfn edilmək üçün yanvarın 6-da “Da Luj” stadionu yaxınlığından götürüləcək. Əfsanəvi futbolçunun ölümü ilə əlaqədar Portuqaliyada 3 günlük matəm elan olunub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı