20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İstərdim ki, komandamızın ifasında daha hücumameyilli futbol izləyək”

1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edir. Futbolxeber.az-ın məlumatına görə, komandaya dəstək olmaq üçün Rusiyaya səfər edən AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov affa.az saytına fikirlərini bildirib: “Hələ SSRİ dönəmindən - 1981-ci ildən etibarən keçirilən bu turnir hər zaman diqqət mərkəzində olub və burada çox güclü komandalar mübarizə aparıb. Bu gün də turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək lazımdır. Sevindirici haldır ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığma komandası artıq altıncı dəfədir ki, ardıcıl olaraq bu turnirdə iştirak edir. Bu, AFFA tərəfindən yığma komandalara yaradılan hərtərəfli şəraitin göstəricilərindən biridir. Müxtəlif yaş qruplarından ibarət yığmalarımız il ərzində nüfuzlu turnirlərdə mübarizə aparır. Belə yarışlarda çıxış etmək futbolçuların ayrı-ayrılıqda, eləcə də komanda şəklində inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Əlbəttə, Valentin Qranatkinin xatirə turnirində yığmamızın iştirakı bizi sevindirir. Lakin komandamızın nəticələrinin də bizi sevindirməsini istərdik. Burada çıxış edən futbolçulardan Mahir Mədətov, Elnur Cəfərov, Fəhmin Muradbəyli və digərləri yaxşı oyun nümayiş etdirirlər. İstərdim ki, komandamızın ifasında daha hücumameyilli futbol izləyək. Oyunlardan öncə və sonra futbolçularla söhbətlərim olur və onlara bildirirəm ki, daha inamlı, qələbə əzmi və istəyi ilə mübarizə aparmaq lazımdır.

Klublarımızın da uşaq və yeniyetmə futboluna xüsusi yanaşması vacibdir. Yığma komandaların düşərgəsinə futbolçular klublardan gəlir. Düşünürəm ki, klublarda bu istiqamətdə işlər daha yaxşı həyata keçirilsə, həm klubların, həm də yığmaların nəticələrinə müsbət təsirini göstərəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30