19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”: onuncu dəfə Türkiyədə

2013/14 mövsümünün ilk yarısını 2-ci pillədə başa vuran “Qəbələ” qış fasiləsini hazırlıq məqsədilə Türkiyədə keçirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" Türkiyəyə ilk dəfə 2006-cı ilin yayında qədəm qoyub. Bununla "Qəbələ" 10-cu dəfədir ki, təlim-məşq toplanışı üçün Antalyaya üstünlük verir. Bundan başqa Avstriya, Sloveniya və İngiltərədə də hazırlıq keçirən komanda indiyədək 9 dəfə Türkiyədə toplanışda olub. 6-cı dəfə qışda qonşu ölkəyə yollanan komanda burada ümumilikdə 38-i xarici klublarla olmaqla 40 qarşılaşmada qüvvəsini sınayıb. Daha 2 matçda isə “Qəbələ” “Neftçi” ilə görüşüb.

Ümumilikdə isə ölkə xaricində 51-i əcnəbilərlə olmaqla 53 yoxlama matçına çıxan “qırmızı-qaralar” bu dəfə daha 6 görüşdə qüvvəsini sınayacaq. 2-si Qəbələdə, 5-i xaricdə olmaqla 53 dəfə xarici klubları sınağa çəkən “Qəbələ” bu ilin yanvarında 6 oyuna çıxacaq.

Bu qədər çox oyunun keçirilməsi 1 il əvvəlki rekordun təkrarıdır. Digər toplanışlarda isə komanda 3-5 matçla kifayətlənirdi. Bu dəfəki 6 qarşılaşmadan dördündəki rəqib artıq bəllidir. Onlardan biri - “Konyaspor”la “Qəbələ” 2008-ci ilin yayında da qarşılaşmışdı. 6 il əvvəlki görüşdə qapılara qol vurulmamışdı. Bu matç Türkiyə təmsilçiləri ilə yubiley – 15-ci yoxlama oyunu olacaq. Bunadək 7 qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 4 dəfə uduzub. Top fərqində isə təmsilçimiz böyük üstünlüyə malikdir – 28:11. Rəqiblər arasında isə “Trabzonspor” və “Gənclərbirliyi” kimi tanınmış klublar da olub. Düzdür, hələ rəqibin dəqiqləşmədiyi tarixdə - yanvarın 10-da Türkiyə komandası ilə matç baş tutsa da, yubiley ertələnəcək.

Yanvarın 13-də “Tobol”, 1 həftə sonra Semipalatinsk “Spartak”ı ilə görüşəcək “Qəbələ” indiyədək Qazaxıstan klubları ilə 2 dəfə görüşüb. Komandamız həm “Taraz” (0:1), həm də “Atırau”ya (1:2) uduzub.

“Volqa” isə “qırmızı-qaralar”la görüşəcək 4-cü Rusiya klubu olacaq. Əvvəlki 3 matçda “Qəbələ” məğlub olmayıb. Təmsilçimiz 1 qələbə qazanıb 2 heç-heçə etdiyi görüşlərdə 4 top vuraraq 3-nü buraxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30