25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mircavadov Toşak haqda nə dedi?

 

"Mən heç vaxt həmkarlarım haqda danışmıram. Ona da yalnız uğurlar arzulaya bilərəm". Bu sözləri Futbolxeber.az-a verdiyi müsahibəsində Con Benjamin Toşakın "Xəzər Lənkəran"a baş məşqçi təyin olunmasına münasibət bildirərkən Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis uelsli məşqçiylə bağlı maraqlı bir məqama toxunub: "Mənim üçün bir məqam maraqlıdır. Bildiyiniz kimi, Toşak bir müddət əvvəl Makedoniya millisini çalışdırırdı. Özü isə İspaniyada yaşayırdı. Lakin həmin vaxt Toşak Makedoniyanın paytaxtında qala bilmədiyindən, tez-tez ailəsini görmək üçün İspaniyaya yollanırdı. Sonda isə federasiya onun qarşısında seçim qoydu ki, ya ailə, ya iş. O da ailəsini üstün tutduğuna görə federasiya onunla vidalaşdı. Bir sözlə, Toşakın burada harada yaşayacağı, bu və ya digər problemləri həll edib-etməyəcəyi bəlli deyil".

QEYD: Ağasəlim Mircavadovun geniş müsahibəsi ilə irəliləyən dəqiqələrdə saytımızda tanış ola bilərsiniz. 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30