20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Baçana Tsxadadze - 2013-cü ilin bombardiri

"İnter"in rəsmi saytı klubun mövsümün ilk yarısındakı çıxışı ilə bağlı statistik növbəti yazı hazırlayıb. Futbolxeber.az həmin yazını təqdim edir:

Saytımız 2013-cü ilin yekunlarıyla bağlı yazılar təqdim etməkdə davam edir. İndisə başa çatmaqda olan ilin ən yaxşı bombardirini müəyyənləşdirmək vaxtıdır.

Belə ki, 39 rəsmi oyunda “İnter” rəqiblərinin qapısından 60 top keçirib. Bu oyunlarda komandanın heyətində 18 futbolçu fərqlənib. 2013-cü ildə “İnter”in heyətində fərqlənə bilmiş ən gənc futbolçu Fuad Bayramov, ən böyüyüsə Aleksandr İaşvili olub.

Başa çatmaqda olan ildə “İnter”in ən yaxşı bombardiri Baçana Tsxadadze olub, onun aktivində 11 qol var. Forvard 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kuboku oyunlarında və 2 dəfə də UEFA Avropa Liqası matçlarında fərqlənib. B.Tsxadadze ən çox “Rəvan” komandasının qapısından top keçirib-4. “Bakı” komandasının qapısından keçirdiyi qolların sayı 3-ə bərabərdir. “Xəzər-Lənkəran”, “Mariehamn”, “Tromse” və AZAL ilə keçirilən oyunlarsada 1 dəfə qol sevinci yaşayıb. Məhsuldarlığa görə ikinci yeri “İnter”in kapitanı Vaqif Cavadov tutur. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.

Aşağıdakı cədvəldə 2013-cü ildə fərqlənmiş futbolçularımızın tam siyahısıyla tanış ola bilərsiniz.

Futbolçu

Qollar

Qol vurduğu komanda

1

Baçana Tsxadadze

11

4-Rəvan", 3-"Bakı",1-"X-L","Mariehamn","Tromse",AZAL

2

Vaqif Cavadov

10

3-"Neftçi", 2-"Sumqayıt",1- "Mariehamn","Qarabağ","Qəbələ","Rəvan","Bakı"

3

Asif Məmmədov

8

2-"Şuşa",1-"Х-L","Bakı","Qəbələ","Mariehamn","Rəvan",AZAL

4

Yuri Fomenko

5

2-"Simurq",1-"Qəbələ","Bakı","Qarabağ"

5

Aleksandr İaşvili

4

2-"Şuşa",1-"Bakı","Neftçi"

6

Matiya Şpiçiç

3

1-"Bakı","Х-L","Şuşa "

7

Samir Zərgərov

2

1-"Х-L","Qəbələ"

8

Daniel Genov

2

2-"Simurq"

9

Ramil Mansurov

2

1-"Simurq","Qəbələ"

10

Brüs Abdulaye

2

2-"Rəvan"

11

Ruslan Əmircanov

2

1-AZAL,"Şuşa"

12

Abdulla Abatsiyev

2

1-"Şuşa","Sumqayıt"

13

İlia Kandelaki

1

"Bakı"

14

Fuad Bayramov

1

"Qarabağ"

15

Arif Daşdəmirov

1

"Qəbələ"

16

Leo Roşa

1

"Bakı"

17

Slavço Georgiyevski

1

"Qəbələ"

18

İlqar Ələkbərov

1

"Simurq"

19

Adil İbrahimov(Avtoqol)

1

"Sumqayıt"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30