20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İnter" 2013-cü il və rəqəmləri

"İnter"in rəsmi saytı klubun mövsümün ilk yarısındakı çıxışı ilə bağlı statistik növbəti yazı hazırlayıb. Futbolxeber.az həmin yazını təqdim edir:

2013-cü il başa çatır. Bu il “İnter” üçün çempionatda növbəti bürünc medal qazanmasıyla və bunun ardından avrokubokda iştirak etməsiylə əlamətdar oldu. Bu materialda rəqəmlərin prizmasından başa çatmaqda olan ilə nəzər salacağıq.
 
39 matç: yarısında qalib gəlmişik
 
“İnter” 2013-cü ildə 39 matç keçirdi. 32 qarşılaşma yerli çempionatın payına düşür, 4 oyun UEFA Avropa Liqası çərçivəsində baş tutdu və 3 matçda komanda Azərbaycan Kuboku uğrunda keçirilən oyunlarda meydana çıxdı. “İnter” bu oyunların yarısında qalib gəldi-19 qələbə (16 qələbə çempionatda, 2 qələbə Avropa Liqasında və 1 qələbə ölkə kubokunda), 8 matçda heç-heçə qeydə alındı (5 heç-heçə çempionatda, 1 heç-heçə Avropa Liqasında və 2 heç-heçə isə kubok oyunlarında) və 13 matçda komanda məğlubiyyətə uğradı (12 məğlubiyyət çempionatda və 1 məğlubiyyət isə Avropa Liqasında).
 
60-42=18
 
Komanda 2013-cü ili vurulmuş və buraxılmış qolların müsbət balansıyla başa vurur -18 top. “İnter” 2013-cü ildə ümumilikdə 60 dəfə fərqləndi (46 qol çempionatda, 4 qol Avropa Liqasında və 10 qol Azərbaycan Kubokunda). Klubun qapısından buraxdığı qolların sayı isə 42-ə bərabərdir (36 qol çempionatda, 3 qol Avropa Liqasında və 3 qol kubok oyunlarında).
 
“Şuşa”, “Simurq”, “Rəvan”
 
2013-cü ildə “İnter” ən böyük qələbəsini kubok oyunları çərçivəsində “Şuşa”ya qarşı keçirdiyi matçda əldə etdi. Həmin oyunda komandamız rəqibini 7:0 hesabıyla məğlubiyyətə uğratdı. Bundan başqa, komanda “Simurq”a(5:0) və “Rəvan”a (5:1) böyükhesabla qalib gəldi. Sonuncusu komandamızın 2013-cü ildə səfərdə əldə etdiyi ən böyükhesablı qələbə oldu. 
 
Bununla yanaşı, “İnter” 2013-cü ildə heç bir komandaya 2- dən artıq olmayan top fərqilə uduzmadı. Daha çox “Neftçi”yə(4 dəfə) və “Qarabağ”a (3 dəfə) məğlub oldu. Hamıdan daha çox komandamız “Qəbələ”ni- 5 oyunun 3-də və "Bakı"nı- 6 oyunun 3-də məğlub etdi . Digərlərindən fərqli olaraq “İnter” 2013-cü ildə ən çox məhz “Bakı” komandasıyla qarşılaşdı-6 dəfə. Bu görüşlərin heç birində “İnter” paytaxt klubuna məğlub olmadı- 3 qələbə və 3 heç-heçə.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30