29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan Premyer Liqasının “ATLARI”

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2 baş məşqçi və 9 futbolçu üçün 2014-cü il əlamətdar olacaq. Lent.az-ın məlumatına görə, onların hamısı At İlində doğulublar.
 
Baş məşqçilər “Bakı”ya rəhbərlik edən Milinko Pantiç və “Rəvan”ın sükanı arxasındakı Şahin Diniyevdir. Hər iki mütəxəssis 1966-cı ildə doğulub.
 
At İlində anadan olmuş futbolçular isə 10 klubumuzdan 6-da yer alıb. Onların hamısı 1990-cı il təvəllüdlüdür:
 
“Neftçi”: Bruno Bertuççi, Cavid İmamverdiyev
“Simurq”: İlkin Qırtımov, Orxan Səfiyaroğlu
“Sumqayıt”: Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur
“Qarabağ”: Osman Umarov
AZAL: Emin Cəfərquliyev
“Rəvan”: Novruz Məmmədov
 
“İnter”, “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran”ın futbolçuları arasında At İlində doğulanlar yoxdur. Baş məşqçilərdən Milinko Pantiç serbiyalı, futbolçulardan isə Bertuççi braziliyalı, Mirzəbəyov və Hüseynpur rusiyalıdır. Amma Bertuççi, çox güman ki, gələn il “Neftçi”də olmayacaq. Müdafiəçi bu yaxınlarda Braziliya mətbuatına müsahibəsində karyerasını öz ölkəsində davam etdirəcəyini bildirib. Futbolçular arasında İran və Dağıstanda doğulanlar olsa da, hazırda hamısı Azərbaycan vətəndaşlarıdırlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31